Payız nəfəsi dodaqlara hopacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Payız nəfəsi dodaqlara hopacaq - Fotolar

Şirniyyat əvəzinə şokolad rəngli dodaq boyalarından istifadə edin. Çünki bu mövsüm payızın solğun rəngləri və şokolad tonları xüsusi ilə aktualdır. Dünyanın peşəkar vizajistləri də bunu təsdiqləyir.

Şirniyyat əvəzinə şokolad rəngli dodaq boyalarından istifadə edin. Çünki bu mövsüm payızın solğun rəngləri və şokolad tonları xüsusi ilə aktualdır. Dünyanın peşəkar vizajistləri də bunu təsdiqləyir.

Bəs şokolad rəngli dodaq boyasının hansı incəlikləri var?

Qırmızı, çəhrayı, mərcan rəngli pomadaların arasında şokolad çalarlarının unudulması ədalətsizlikdir. Amma gözəllik ustaları bu ədalətsizliyi payız aylarında bərpa ediblər. Çoxları şokolad tonların üzü vizual baxımdan yaşlı göstərdiyini və yalnız ciddi obrazlara münasib olduğunu düşündüyü üçün şokolad tonlarını istifadə etməyə çəkinir. Məsələ burasındadır ki, bu, belə deyil. Moda həftələrində podiuma çıxan modellər olduqca nazlı-qəmzəli, bir qədər romantik görünürlər və heç də darıxdırıcı deyillər.

Bəs bunun sirri nədədir? “Avon” kosmetika şirkətinin tanınmış vizajisti Pavel Kulikov qəhvəyi tonların həmişə dəbdə olduğunu iddia edir. “Şokolad boyası mövsümdən asılı olaraq həmişə aktualdır. Sadəcə düzgün çalarları yadda saxlamağı bacarmalısan. Qəhvəyi və tutqun rəngli pomadalar payız, qış mövsümü üçün yaxşıdır. Tünd dərilər üçün qızılı və bürünc rənglər uyğundur.

Bu dadlı çaların daha bir mühüm qaydasına əməl etməlisən. Belə ki, seçdiyin pomada saç rənginə və dəriyə uyğun olmalıdır. Zeytun dərili qızlar bir qədər ehtiyatlı olmalıdırlar. Onlara ancaq qəhvəyi və solğun bej rəngləri yaraşır. Qarabuğdayılar da doymuş rənglərdən imtina etməlidirlər. Onlara neytral və zoğalı tonlar yaraşır.

Vizajistlər qəhvəyinin ən yaxşı çalarlarının "Puremoist", "Color Riche", "L'oreal Paris", "Pupa", "Clinique", "M.A.C", "Iredale Jane" kimi markalar olduğunu bildirirlər.

"Gucci"

"Rochas"

"Bottega Veneta"

"3.1 Phillip Lim"

"Derek Lam"

Перевести стрелки: тенденции макияжа FW 2010. Изображение №8.

1. Nathan Jenden 2. Giambattista Valli

"Chanel"

"Lancome"

"Giorgio Armani"

"Dior"

"MAC"

"Bobbi Brown"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm