Astroloji proqnoz -12 sentyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz -12 sentyabr

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Fəaliyyət göstərdiyiniz idarə və ya müəssisələrdə xırda narazıçılıqla üzləşsəniz də bu, ötəri xarakter daşıyacaq. Əslində Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş olacağını bildirir.

BUĞA - Dünəndən mənfi yüklü Ay bürcünüzə daxil olsa da, ətrafınızda olan insanlarla birlikdə özünüzü gümrah hiss edəcəksiniz. Sevgi münasibətlərindəki kobudluğu aradan qaldırın. Müqəddəs yerlərə gedin.

ƏKİZLƏR - Ürəyiniz istəsə, bu təqvimi maraqlı və füsunkar tərzdə başa vura biləcəksiniz. Büdcənizdə artım olduğu təqdirdə axşam səfərə çıxmağa dəyər. Axı sizin üçün darıxanlar çoxdur!

XƏRÇƏNG - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın. Bütün qərarları yalnız özünüz verin. Saat 16-dan sonra maraqlı qonaqlıqlar yolunuzu gözləyir. Bundan imtina etməyin.

ŞİR – Mühüm işlərinizin həllini həftəsonuna saxlayın. Onsuz da bu gün belə planlarınızın reallaşma ehtimalı azdır. Ulduzlar süstlüyünüzü nəzərə alıb istirahət etməyinizi məsləhət görür.

QIZ - Ciddi fiziki işlərə və işgüzar sövdələşmələrə həvəs göstərməyin. Əks təqdirdə gərginliklə üzləşəcəksiniz. Yaxşı olar ki, nahardan sonranı bütünlüklə gəzinti və qonaqlıqlara həsr edəsiniz.

TƏRƏZİ - Qarşınızda böyük perspektivlər durur. Lakin situasiyaları real qiymətləndirməməyiniz ucbatından aktivlik göstərə bilmirsiniz. Hər xırda məsələyə görə əsəbləşməyiniz əbəsdir.

ƏQRƏB - Əsas diqqəti fəaliyyətə yönəltsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. Danışıqları ciddi və məsuliyyətini dərk edən adamlarla aparın. Tamahkarlığa meyl etməyin!

OXATAN - Təxminən saat 14-ə qədər ümumi əhvalınız aşağı səviyyədə ola bilər. Buna görə məyus olmağa dəyməz. Çünki sonrakı müddətdə ciddi problemləriniz olmayacaq. Qazanmaq ehtimalınız da var.

OĞLAQ - Pulla bağlı bütün planlarınızı təxirə salın. Çünki astroloji göstəricilər bu təqvimdə maliyyə uğursuzluqlarından xəbər verir. Həmkarlarınızla əsəbi davranışa meyl etməyin.

SUTÖKƏN - Ətrafınızda baş verən hadisələr o qədər də ürəyinizcə deyil. Bu, daxilən sizi sıxsa da, çıxış yolu tapa bilmirsiniz. Odur ki, ulduzlar gəzintiyə və ya səfərə çıxmağınızı tövsiyə edir.

BALIQLAR – Ulduzların düzümü şəxsi büdcənizdə bir qədər artım olacağından xəbər verir. Odur ki, əsas enerjinizi məhz deyilən istiqamətdə nizamlamalısınız. Gözlənilməz təkliflərə əməl etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm