Tabloid.az
Kişiləri təxribata sövq edən cəzbedici qadın geyimləri - Fotolar
Kiçik və vacib detalları nəzərə alaraq stilinə bir az seksuallıq əlavə etmək hər bir qadının öz əlindədir. Seksual görünmək üçün nə edəcəyinizi bilmirsinizsə, təşvişə düşməyin. Tabloid.az bu məsələdə sizə kömək edər.
Seksual və ehtiraslı qadın obrazı yaratmaq üçün bir çox yollar var. Bu məsləhətlər sevdiyiniz kişini cəzb etmək üçün ən yaxşı təxribatdır. Amma psixoloji məqamlar ilk yerdə dayanır. Özünə güvənməyən qadın nə qədər qüsursuz geyinsə də, onu seksual hesab etmək olmaz. Nə cür görünməyinizdən asılı olmayaraq, özünə inamlı davranın! Özünüzə olan inamı artırdıqdan sonra keçirik geyimlərə… Sərhədi aşan açıq-saçıqlıq seksuallığı simvolizə etmir. Seksual görünmək üçün stilinizdə kiçik hiylələr etmək kifayətdir.
Nazik asqılara spagetti asqı adı verilib. Nazik asqılar hər kəsin diqqətini gözəl çiyinlərinizə yönəldəcək.
Kürək dekoltəsi seksual qadın obrazı yaratmaq üçün ən yaxşı variantdır. Sadəcə bu cür geyimlər alan zaman kürəyinizin gözəlliyindən əmin olmalısınız. Yaxşı olardı ki, geyimin digər hissələrində nəzərəçarpacaq dekoltelər olmasın. Yadınızda saxlayın ki, bədənin bütün gözəlliyini eyni anda nümayiş editrən qadınlar kişilərdə qıcıq doğurur.
Boyundan bağlanan asqılar çiyinləri açıqda qoyduğu üçün kişiləri ehtiraslandırdığını yəqin ki, bilirsiniz. Nazik asqılar kimi boyundan bağlanan asqılar da çiyinlərinizi ön plana çıxaracağı üçün sizi olduqca seksual göstərir.
Sinə dekoltesi geyinmək üçün sinənin həcminin kiçik və ya böyük olmasının heç bir əhəmiyyəti yoxdur. Sinə dekoltesi hər bir qadını seksual göstərir. Lakin unutmamalısınız ki, sinə dekoltesi varsa, ayaq dekoltesinə lazım olmur. Yəni, hər şey ölçülü olmalıdır, həddi aşmaq olmaz.
Stiletto+dar şalvar tandemi. Dar şalvarı nazik hündürdaban stiletto ilə birləşdirsəniz, bu zaman cazibədarlığınız birə on artacaq. O gün hər kəs ecazkar görünməyiniz haqqında danışacaq.
Qələm ətəklər qadın fiqurasını vizual olaraq daha incə və zərif göstərdiyi üçün kişilər belə geyinən xanımlara heyranlıqla baxırlar.
Tabloid.az
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR