Xəzin dəb təntənəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Xəzin dəb təntənəsi - Fotolar

Xəzi sevənlər bu mövsüm dəb təntənəsi yaşayacaqlar

Uşaqlıq xəyallarında hər zaman balaca pişik, xamyak, bir sözlə yumşaq və tüklü dost arzusunda olanlar və bu arzusunu heç cürə reallaşdıra bilməyələr üçün moda sənayesi təsəllini balaca xəz çantalarda tapıb.

Sizinlə tanış olmağa can atan hər bir kişi bəhanə üçün ilk növbədə əlinizdəki xəzə “Sizin nə gözəl balaca şotland cinsindən olan itiniz var” deyəcək. Əlbəttə, əlinizdəkinin çanta olduğundan xəbərsizdir. Bu çantalar xəz sevənlərə qış ayları ərzində dəb təntənəsi yaşadacaqlar.

Dəb sənayesi artıq uzun illərdir ki, tənha qızlara təskinlik üçün yumşaq oyuncaqlar istehsal edir. Lakin bu təskinlik təkcə oyuncaqlarla məhdudlaşmır. Böyük moda evləri özlərinin xəz çantalarını hazırlamağa qərar verirlər. Bu cür çantalara istədiyiniz adı da verə bilərsiniz. Onlar bütün qış sizin uşaqlıqdan arzuladığınız balaca pişiyi əvəz edəcək və ən vəfalı dostunuz olacaq.

Tabloid.az məşhur moda evlərinin xəz çantalarına aid bir neçə nümunə toplayıb.

1 — Ralph Lauren, 167 800 руб./$4348; 2 — Michael Kors, 20 580 руб./$533; 3 — Diesel, 28 320 руб./$733; 4 — Elizabeth and James, 19 350 руб./$501; 5 — Jerome Dreyfuss, 26 450 руб./$685; 6 — Blumarine, 16 800 руб./$435

1 — Ralph Lauren, $4348; 2 — Michael Kors, $533; 3 — Diesel, $733; 4 — Elizabeth and James, $501; 5 — Jerome Dreyfuss, $685; 6 — Blumarine, $435

Oxumağa davam et
Reklam
Reklam

Gündəm