Azərbaycan filmi beynəlxalq müsabiqədə
Bizi izləyin

Tabloid.az

Azərbaycan filmi beynəlxalq müsabiqədə

“Çölçü” filmi “International Movie Awards – 2014” beynəlxalq kinofestivalının müsabiqəsində iştirak edəcək.

“Çölçü” filmi “International Movie Awards – 2014” beynəlxalq kinofestivalının müsabiqəsində iştirak edəcək.

Festival sentyabrın 24-də İndoneziyanın Cakarta şəhərində keçiriləcək.
“Platinum awards” və “Gold awards” bölümlərində keçiriləcək müsabiqədə bədii, qısametrajlı, sənədli filmlər göstəriləcək.

Seçim turunun əsas mərhələsinə dünya kinosundan 44 film keçib. “Çölçü” filmi “Platinum awards” bölümündə yarışacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm