Mövsümün ən şıq və eleqant çanta dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün ən şıq və eleqant çanta dəbi - Fotolar

Mövsümün ən şıq çanta dəbi - Fotolar

Sizcə qadınların qarderobunda ona lazım olan ən dəyərli aksessuar hansıdır? Əlbəttə ki, çantalar. Çanta qadınlara ehtiyacı olduğu xırdavatı, kosmetikanı və digər əşyaları daşımaq üçün lazım deyil. Çanta qadın obrazını vurğulayan və onu tamamlayan ən önəmli detaldır. Düzgün və yüksək zövqlə seçilmiş çanta, hətta ən sıxıcı və sadə geyimi də parlaq aksentə çevirə bilər. Tabloid.az-ın “Moda inqilabları” layihəsində bu həftə 2015-ci ilin çanta dəbindən bəhs edəcəyik. Baxaq görək dizaynerlər bu mövsüm qadınlara hansı yenilikləri təklif edirlər?

2014-2015 payız-qış mövsümünün çanta trendlərindəki çeşidlilik, çox rənglilik qışı çox hərəkətli keçirəcəyimizdən xəbər verir. Dəblə ayaqlaşmaq, trendlərə uymaq gözəldir. Lakin trendlərdən geri qalmamaq xətrinə stilinizə tamamilə yad olan bir çantanı daşımaq qərarına gəlmisinizsə, bundan yaxşı heç nə gözləməyin. Stilinizə uyğun gəlmədiyi üçün sizə narahatçılıq yaradacaq, həm də obrazla uzlaşmayacaq. Bu baxımdan çanta seçərkən stil və üslub amilini də nəzərə almaq lazımdır.

Çantanın rəngi ilə ayaqqabının uzlaşması artıq o qədər də aktual mövzu deyil. Ayaqqabı seçimi mövsümdən asılı olaraq seçilir. Çantanı da bu qayda ilə seçmək lazımdır. Məsələn, yay aksessuarları nə qədər parlaq və əlvandırsa, payız-qış aksessuarları isə bir qədər tünd tonlarda olmalıdır. Soyuq fəsillərdə daha çox dərin və romantik formalar seçmək lazımdır. Qarlı havalarda isə daha çox tünd rəngli materiallardan və xəzlərdən hazırlanmış çantalar aktual olur.

Ölçülər müxtəlif ola bilər. Əgər siz özünüzlə tonlarla kosmetika və başqa əşyalar daşımırsınızsa, bu zaman dizaynerlər məhz sizin üçün praktik və miniatür çantalar təklif edirlər. Lakin böyük ölçülü çantalar da çox aktualdır. Həmçinin ciddi, dəqiq formalı çantalar da mövsümün trendlərinə daxildir.

Stilə gəldikdə isə dizaynerlər çox geniş seçim imkanı yaradıblar. Çünki hər zövqə xitab edən çanta modeli tapa bilərsiniz: retro, klassik, modern, futurizm və.s

Mövsümün çanta rəngləri arasında parlaq və tünd tonlar aktualdır: firuzəyi, xardal tonları, zoğalı, qəhvəyinin müxtəlif tonları, həmçinin ağ-qara çantalar öz aktuallığını itirmir.

Çanta təsvirlərində qarışıq üslubda həndəsi fiqurlarla bəzədilmiş rəngarəng çantalar da dəbdə olacaq. Heyvan təsvirləri: bəbir, ilan, timsah naxışlar da aktual olacaq.

Bəzək və aksessuar həvəskarları bu mövsüm razı qalacaqlar. Çünki bu ilin əl çantaları qaytanlar, daş-qaşlar, naxışlı tikişlər, zəncirlər və bir çox başqa detal sarıdan bol olacaqlar.

Klassik dəri heç zaman dəbdən çıxmayacaq. Qeyri-adiliyi sevənlər timsah və ilan dərisindən hazırlanan çantalardan ala bilər. Gənc xanımlar ilk baxışda bir-biri ilə uyğunlaşmayan müxtəlif parçalardan tikilən orijinal çantalar daşıya bilərlər. Onların yaşı modada səliqəli şəkildə düşünülmüş istənilən çılğınlığı tətbiq etməyə imkan verir. Daha bir tendensiya xəzlərdir, hansı ki, qışı onsuz təsəvvür etmək mümkün deyil.

Qatlanan çantalar: Keçən mövsümdən bəri olduqca tez-tez gördüyümüz qatlanan çanta modelləri 2014-2015 payız-qış mövsümündə də yüksəlməyə davam edir. Dizaynerlər qatlanan çanta modelini fərqli çeşidlərdə təqdim ediblər. Bu çanta modelinin fərqli rəng və alternativləri olduqca havalı görünür. Bu mövsümün ən trend qatlanan çanta modellərini "Bottega Veneta", "Christian Dior", "Gucci", "Roland Mouret", "Nina Ricci" və "Mergeli" kimi moda evlərinin nümayişində gördük.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Katlanan Çantalar

Qotazlı və saçaqlı çantalar: Saçaq trendi çantalarındakı hakimiyyətini payız və qış aylarında da davam etdirəcək. Bu vaxta qədər saçaqlı çantanız olmayıbsa, bu qış bu ənənəni mütləq pozun və özünüzə gözəl bir saçaqlı çanta alın.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Püsküllü Çantalar

Məktub və zərf çantalar: Məktub çanta modelləri xüsusən də işgüzar qadınların sevimlisidir. 2014-2015 payız-qış mövsümündə böyük ölçüləri əlverişli və rahatlığı təmin etdiyi üçün daha çox gündəmdəndir.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Zarf Çantalar

Kürək çantaları: Kürəyə taxılan çantalar həm çox şıq, həm də rahatlığına önəm verən qadınların seçimidir. Tanınmış dizaynerlər kürəyə taxılan klassik çantaları bu mövsüm fərqli şəkildə şərh ediblər. Bir sözlə, kürəyə taxılan çantalar qışın yüksələn trendləri arasındadır.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Sırt Çantaları

Əlvan rənglər: Qışı daha əyləncəli keçirmək istəyirsinizsə, əlvan rəngli çanta alın. Qışın soyuq və çovğunlu havası bu rənglərlə dağılacaq.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Neon Çantalar

Dama-dama çantalar: Dama trendi bu mövsüm çantaların canına hopub. Onlar trend siyahılarından düşənə oxşamır. Damalı köynəyi, damalı çanta modeli ilə uyğunlaşdıra bilərsiniz.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Ekose Desenli Çantalar

Rəngli çantalar: Üzəri şəkillərlə dolu olan, diqqətçəkən çılğın modellər də qışa ayrı gözəllik qatacaqlar. "Nina Ricci", "Lanvin", "Dolce & Gabbana", "Badgley Mischka", "Chanel" və "Kristian Siriano" bu mövsüm ən çılğın və cəlbedici çantaları hazırlayan markalardır.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Renkli Çantalar

Timsah dərisindən çantalar: Timsah dərisindən hazırlanan çantalar hər qış olduğu kimi bu mövsüm də trendlər siyahısında özünə yer edib. Dizaynerlər 2014-2015 payız-qış mövsümü üçün kolleksiyalarında timsah dərisindən hazırlanan çantaları fərqli rəng və formalarda təqdim ediblər.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Krokodil Çantalar

İlan dərisindən çantalar: İlan dərisindən hazırlanan çantalar klassikanın bariz nümunəsidir. Bu cür çantalar hər bir qadının qarderobunda olmalıdır. Bu mövsüm isə daha əlvan tonlara müraciət edə bilərsiniz.

Bu mövsüm tez-tez görəcəyimiz ilan dərisindən hazırlanan çanta modelləri "Bottega Veneta", "Christian Dior", "Giambattista Valli" və "Rodarte"nin kolleksiyalarının kilid nöqtələrindən biri idi.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Yılan Derisi Çantalar

Bəbir təsvirli çantalar: Bəbirin vəhşi cazibəsi yeni mövsümdə çantaları öz təsiri altına alıb. Bəbir təsvirli, böyük əl çantaları ilə gündəlik stilinizə həm cazibə, həm də rahatlıq bəxş edə bilərsiniz.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Leopar Çantalar

Xəz çantalar: Qışın gəldiyi xəzlərdən bəlli olur. Geyim və ayaqqabılarda xəz detalları bu mövsüm çantalarda da özünü göstərəcək.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Kürk Çantalar

Toxunma çantalar: Qalın iplərdən toxunan çantalar bu qış yenə də aktualdır.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Dokuma Çantalar

Zəncir asqılı çantalar: Zəncir asqılar çantaların ən zərif detalıdır. Şıq və eleqant geyimləri zəncirl asqılı çantalarla tamamlaya bilərsiniz.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Zincir Askılı Çantalar

Qısa saplı çantalar: Qısa saplı çantalar da bu mövsüm müxtəlif rəng və modellərdə təqdim olunub. Xüsusilə işgüzar qadınların marağını çəkən bu cür çanta stilinə "Briefcaselere", "Roberto Cavalli", "Ralf Lauren", "Mergeli", "Huqo Boss", "Gerbi", "Dolce & Gabbana", "Angelo Marani" və "Kristian Siriano" kolleksiyalarında rast gəlirik.

İş həyatında rahat istifadə edilən bu ciddi görünüşlü qəşəng çantaları gündəlik həyatda da istifadə etmək mümkündür.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Kısa Saplı Çantalar

Tutma saplı klatçlar: Mövsümün digər bir trendi tutma saplı klatçlardır. Tutmaq üçün qoyulan saplar onu daşımağı asanlaşdırır.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Tutma Saplı Çantalar

Torba çantalar: Bu çantalara torba da deyə bilərik. Çünki olduqca böyükdürlər və alış-veriş üçün çox idealdırlar. Klassik torba çantalar bu mövsüm daha rəngli və daha həcmli olacaq. İlan dərili, yaxud dəmir detalları əlavə edilmiş bu çanatalara “Christian Dior” və “ Valentino” kimi moda evlərinin yeni kolleksiyalarında rast gəlirik. Onlar gündəlik stilin ən rahat və ən əlverişli bir parçasıdır.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Torba Çantalar

Yazılı çantalar: 2014-2015 payız-qış mövsümündə mesajlarımızı çantalarda daşıyırıq.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Slogan Çantalar

Ağ-qara çantalar: Monokromun təsiri yeni mövsümdə geyimlərdən sonra çantalarda da özünü göstərəcək.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Siyah Beyaz Çantalar

Böyük çantalar: Əgər böyük çantalardan heç vaxt əl çəkmərəm deyirsinizsə, o halda ünvanınız "Ralf Lauren", "Moschino" və "Angelo Marani" brendləri olmalıdır!

Poçtalyon və çiyin çantaları: Poçtalyon və çiyinə asılan çanta modelləri özlərinə aid bir ardıcıllıq yaratdılar. Bu rahat və praktik çantaların müxtəlif növlərini bir çox markanın dəfilələrində görmək mümkündür. Əgər poçtalyon çantalarından və çiyinə asılan rahat çantalardan əl çəkmək istəmirsinizsə, o halda "Mark Konfrans", "Gucci", "Christian Dior", "Lanvin" və "Etro" nəzər saldığınız markalar olmalıdır.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Omuz Çantaları

Retro çantalar: Retro küləklərin əsdiyi bir mövsümdə stilinizə nostalji detallar əlavə etmək istəyirsinizsə, retro üslubunda bir çanta alın. Retro çantaların ən gözəl və havalı nümunələrini "Huqo Boss" dəfilələrində görürük. Çanta modellərində keçmişə gedən digər markalar isə "Salvatore Ferragamo", "Christian Dior", "Louis Vuitton", "Miu Miu" və "Mergeli" kimi moda evləridir.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Retro Çantalar

Qutu çantalar: Qutu kimi kub, kəskin xətləri olan modellər 2014 qışının favorit çanta trendlərindən biridir. Qutu çantaların adətən əldə daşınan modelləri daha çox diqqət çəkir.

Qutu çanta modelləri kolleksiyalarında estetika ilə nostalgiyanı bir yerə gətirmək istəyən dizaynerlərin seçimi oldu. Yeni mövsümdə, fərqli modellərdə daha çox görəcəyimiz qutu çantalar rəsmi və ciddi tərzə üstünlük verən xanımların bir nömrəli seçimi olacaq.

2014_2015 Sonbahar/kış Çanta Trendleri - Kutu Çantalar

Klassik klatçlar: Ötən iki mövsümə damğasını vuran klatç çantalar populyarlığını qorumağa davam edir. Klatç modellərini gündəlik istifadə edəcəksinizsə, minimalist və israfçılıqdan uzaq modelləri seçə bilərsiniz. Gecə dəvətləri və kokteyllər üçün geyiminizə uyğun bir klatç götürməyi düşünürsünüzsə, bunun üçün dizaynerlər bir çox modellər təklif edirlər. Metal rəngli, üzəri daşlı, muncuqlu və ya krujevalı modellərə qədər bir çox variantlar tapa bilərsiniz. "Giorgio Gerbi", "Frankie Morello", "Maykl Kors", "Ralf Lauren", "Proenza Schouler", "Nina Ricci", və "Roberto Cavalli"nin dəfilələrində bu çanta modelinə geniş yer vermişdilər. Alış-verişdən öncə bu markaların çanta modellərinə mütləq göz atın!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm