Sonsuzluq probleminin çarəsi bu bitkidədir
Bizi izləyin

Tabloid.az

Sonsuzluq probleminin çarəsi bu bitkidədir

Balqabaq - kalsium, fosfor, dəmir mineralları baxımından olduqca zəngin və bol lifli bir meyvədir. Balqabaq min illərdir ki, şəfalı bitkilər arasında daxildir. Ondan min illərdir ki, müalicə məqsədilə istifadə edilir. Tabloid.az balqabağın, şirəsinin və

Balqabaq - kalsium, fosfor, dəmir mineralları baxımından olduqca zəngin və bol lifli bir meyvədir. Balqabaq min illərdir ki, şəfalı bitkilər arasında daxildir. Ondan min illərdir ki, müalicə məqsədilə istifadə edilir. Tabloid.az balqabağın, şirəsinin və tumunun inanılmaz faydalarını təqdim edir:

Boranı bitkisi bostan bitkilərinə aiddir. Qida məhsulu və xalq təbabətində toxumundan qurdqovucu vasitə kimi geniş istifadə edilir. Doğranmamış halda boranı bitkisi uzun müddət xarab olmadan qalır. Ona görə də hələ qədimdən mətbəxdə geniş istifadə edilirdi. Boranı bitkisindən həm bişmiş, həm də çiy halda istifadə etmək mümkündür. Tərkibi vitaminlərlə çox zəngindir. С, Е, В1, В2, РР. В vitaminləri, o cümlədən yüksək miqdarda kalium, kalsium, dəmir, maqnezium, mis, sink, kobalt, silisium, ftor vardır. Orqanizm tərəfindən asanlıqla həzm olunur. Ona görə də uşaq yeməkləri arasında xüsusi yer tutur. Ondan həm xörək, həm də salatlar hazırlanır.

Tərkibində olan bol C vitamini olan balqabaq payız mövsümündə çox vacibdir. A və E vitaminləri üzdə və digər dəri səthlərində olan quruluğu aradan qaldırır, çapıqların əmələ gəlməsini əngəlləyir. Xüsusilə, qocalmaya səbəb olan qırışların əmələ gəlməsinə əngəl olur.

Ondan hazırlanan xörəklər mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində çox faydalıdır.

Toxumundan qurdqovucu kimi ən təsirli vasitə, eləcə də prostatitin müalicəsində geniş istifadə edilir. Toxumlarından alınan yağ bir çox xəstəliklərin müalicəsində faydalıdır.

Adətən payız mövsümündə qurd xəstəlikləri artır. Askaridin müalicəsində boranı toxumları əvəzedilməzdir. Bunun üçün toxumlar qabıq maddəsindən elə təmizlənməlidir ki, qabıqla toxumu ayıran yaşıl təbəqə yerində qalaraq tələf olmasın. 30 qram toxumu əzərək 3/1 stəkan qaynamış su və 2 xörək qaşığı bal ilə yaxşı-yaxşı qarışdırılır. Bu qarışıqdan hər bir saatdan bir xörək qəbul edilir. 3 saatdan sonra işlədici qəbul edilir. (Maqnezium sulfat duzu və s.) Sonra isə 1 saatdan sonra bağırsaqlar qaynamış soyuq su ilə yuyulmalıdır. Qida yalnız bağırsaqlar yuyulduqdan 1 saat sonra qəbul edilə bilər. Profilaktika məqsədlə səhərlər boranı toxumlarını qabıqdan yaşıl hissəyə qədər təmizləyərək qəbul etmək kifayətdir.

Balqabaq şirəsinin və ya toxumlarından alınmış yağ xəstəliklər üzrə müxtəlif cür istifadə edilir. Şirəni və ya yağı acqarına, yeməyə bir saat qalmış qəbul etmək lazımdır və bundan sonra su içmək məsləhət deyil.

Qanazlığında, qaraciyər xəstəliklərində, iltihab əleyhinə, skleroza qarşı, mədə xoralarına və allergiya əleyhinə içilən balqabaq şirəsi və balqabaq yağı öd və böyrək daşlarına qarşı məlhəmdir. Balqabaq qan təzyiqini salır, qana düşən zəhərli toksinləri məhv edir.

Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallar cəhətdən də zəngin bir tərəvəzdir. Balqabaq tumu qış balqabağından əldə edilir.

Balqabaq tumunun 100 qramındakı (qabıqsız) enerji və qida elementləri
Enerji 610 kkal
Zülal 30 qr
Yağ 50 qr
Karbohidrat 10 q
Kalsium 40 mq
Dəmir 10 mq
Fosfor 1144 mq
Vitamin E 10-12 mq

Faydaları:

  • Qəbizliyə yaxşı təsir edir
  • İltihablara, sidik tutulması kimi narahatlıqlara yaxşı təsir edir
  • Mədə bulantısını aradan qaldırır
  • Soxulcan və ya digər qurdları tökməyə kömək edir
  • Balqabaq tumundakı karotenoid və omeqa -3 yağlarının prostat xərçəngi riskinin azalmasına kömək edir
  • Oynaqların iltihabı müalicəsinə müsbət nəticə göstərir
  • Ürək damar sağlamlığına yaxşı təsir edir

Balqabaq tumu çərəz kimi yeyildiyi kimi, həm də salatlara, çörək növlərinə əlavə edilə bilər. Amma istehlak edərkən çox duzlu, qovrulmuş olmamasına və miqdarına diqqət etmək lazımdır.

Sonsuzluq və ya hormonal pozğunluğu olan şəxslər üçün faydalıdır.
Belə ki, bəzi kişilərdə hissiyyat, sonsuzluq və ya hormonal problemlər olur və bu səbəbdən cinsi münasibətə girə bilmirlər. Təqdim etdiyimiz bu reseptlə bu problemi aradan qaldıra bilərsiniz.

Lazım olanlar inqrediyentlər:

1 stəkan bal
1 xörək qaşığı təmizlənmiş çiy balqabaq tumu
1 xörək qaşığı təmizlənmiş çiy günəbaxan tumu
1 xörək qaşığı təmizlənmiş qoz ləpəsi
1 xörək qaşığı təmizlənmiş fındıq ləpəsi
Bir az zəfəran, darçın, qara bibər

Bunlarım hamısı yaxşıca əzilib bala qarışdırılır. Səhər acqarına, axşam yatmazdan əvvəl bir çay qaşığı udulur. Bu qarışıq, hətta sperma sayını artırır, hissiyyatı gücləndirir və sonsuzluğu aradan qaldırır.

Tam sağlam insanlar və ya orqanizmində müəyyən xəstəliyi olanlar üçün balqabaq yeməyin heç bir problemi yoxdur. Balqabaq orqanizmi təmizləməklə, təzə qan yaratmaqla insana yeni həyat bəxş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm