Riki Martini şok edən sual: “Ata bizi sən doğmusan?”
Bizi izləyin

Tabloid.az

Riki Martini şok edən sual: “Ata bizi sən doğmusan?”

Dünyanın ən məşhur müğənnilərindən olan Riki Martin açıqlamaları ilə hamını təəccübləndirib

Dünyanın ən məşhur müğənnilərindən olan Riki Martin açıqlamaları ilə hamını təəccübləndirib. Bir neçə il bundan öncə homoseksual olduğunu açıqlayan və sevgililərini mətbuatdan gizlətməyən Riki surroqat ana vasitəsi ilə 2 uşaq sahibi olmuşdu.

Rikinin hazırda 6 yaşında olan əkiz oğulları Matteo ilə Valentino atalarına maraqlı suallar verməyə başlayıblar.

Hamının anası olduğunu görən uşaqlar "Ata, bizi sən doğmusan” deyə, atalarına müraciət edərək Rikini şoka salıblar.

Riki Martin uşaqlara “Sizi ürəyimdə daşımışam və həmişə də ürəyimdə gəzdirəcəyəm” deyə cavab verdiyini bildirib.

O, uşaqların suallarını diqqətli şəkildə, onların psixologiyasını pozmayacaq cümlələrlə cavablamağa çalışdığını vurğulayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm