Astroloji proqnoz - 29 sentyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 29 sentyabr

Astroloji proqnoz - 29 sentyabr

QOÇ - Təxminən saat 13-ə qədər iştirakçısı olduğunuz situasiyalar ovqatınıza mənfi təsir göstərə bilər. Buna baxmayaraq təmkin göstərməlisiniz ki, hər şey sakit ötüşsün. Varlanma ehtimalınız da var.

BUĞA - Bu gün bütün ixtiyar öz əlinizdə olduğundan ölçülü-biçili hərəkət etməlisiniz. Əgər müsbət müstəviyə həvəs göstərsəniz, günün sonuna qədər ovqatınız yüksək olacaq. Çılğın olmayın.

ƏKİZLƏR - Yaxşı olar ki, Tanrı qanunlarını pozmayasınız. Əks təqdirdə bu günü gərgin şəkildə başa vuracaqsınız. Ulduzlar ikitərəfli əməkdaşlıqda böyük uğurlardan xəbər verir.

XƏRÇƏNG - Aldanma ehtimalınız böyüdüyündən tədbirli olmağınız vacibdir. Ola bilsin ki, ətrafınızdakılar pulla bağlı sizə kələk gəlsinlər. Axşamı ailə-sevgi münasibətlərinə həsr edin.

ŞİR - Şəxsi işlərinizdə müsbət dönüşün yaranacağına təminat verən ulduzlar vaxtınızı boş yerə itirməməyi tövsiyə edir. Nahardan sonrakı əsas diqqətinizi bütünlüklə sevgiyə həsr edin.

QIZ - Yeni təkliflər ala bilərsiniz. Lap səhər saatlarından bu şansa hazır olun ki, nəticədə qalib gələsiniz. Pula görə də narahat olmayın. Çünki sevincli vaxtınızın yetişməsinə az qalıb.

TƏRƏZİ - Məhsuldarlığınız artdığından bugünkü öhdəlikləri layiqincə yerinə yetirə bilərsiniz. Qərarlarınızda sərt, eyni zamanda qərəzsiz olun. Səfərə çıxmaq fikrinizi reallaşdırın.

ƏQRƏB - Əsas uğurunuz maliyyə sahəsində mümkündür. Odur ki, kisənizi hazır tutun. Həmkarlarınızla münasibətlərinizə xələl gəlməsin deyə, qalmaqallı situasiyalara həvəs göstərməyin.

OXATAN - Aktiv gün olmadığından nəzərdə tutduğunuz planları təxirə salın. Gücünüzü daha çox ailə-məişət problemlərinin həllinə yönəldin. Şəxsi büdcənizin artma ehtimalı da böyükdür.

OĞLAQ - Üzərinizə düşən öhdəliklərə məsuliyyətlə yanaşsanız, bütün planlarınız reallığa yaxınlaşacaq. Buna baxmayaraq, yersiz risklərə də yol verməməlisiniz. Ziyarətgahlara gedin.

SUTÖKƏN - Daha çox fəaliyyət göstərdiyiniz idarə və müəssisələrdə ehtiyatlı olmalısınız. Boş yerə mübahisə yaratsanız, nüfuzunuza xələl gələcək. Axşama doğru kosmik fon xeyrinizə işləyəcək.

BALIQLAR - Ulduzlar bu gün xeyli yorulacağınızdan xəbər verir. Amma naharat olmamalı, gördüyünüz işlərdən zövq almalısınız. Nahardan sonra sizə maddi borcu olanlara müraciət edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm