Tabloid.az
Əli Mirəliyev: “Aftandil İsrafilov başına saç əkdirib”
Elariz Məmmədoğlu bəzi həmkarlarını qınayıb.
Tabloid.az xəbər verir ki, müğənni “Şoubiz+” verilişinə açıqlamasında “xoşlamıram ki, kişi xeylağı qaşlarını alsın. Müğənnilərimiz arasında qaşlarını alan, dodaqlarına slikon qoyduran kişilər var”- deyib.
Məsələyə qalmaqallı müğənni Əli Mirəliyev də münasibət bildirib. Tabloid.az-a açıqlama verən ifaçı “kişinin yaraşığı onun təbii olmağındadır”, - deyib:
“Sovetlər vaxtında Aftandil İsrafilovun saçı tökülmüşdü. Getdi, Gürcüstanda saç əkdirdi. Amma Aftandil, sifətini dartdırmadı, dodaqlarına gel vurmadı, qaşlarını aldırmadı, burnunu kəsdirmədi. Bizim kişi müğənnilər burunlarını əməliyyat etdirirlər, başlarına tük əkdirilər. Anlamırlar ki, kişinin gözəlliyi onun təbii olmağındadır. Kişi əgər qadın kimi bəzənirsə, dodaq böyüdüb, üz dartdırırsa, onu kişi hesab etmək olmaz. Burunlarını əməliyyat etdirirlər. Hamısı inkubator kimi bir-birinə oxşayırlar. Şövkət Ələkbərova, Sara Qədimova kök qadınlar idilər. Amma necə oxuyurdular?! İfaları ilə gözəlləşirdilər. Müğənnilər başa düşmürlər ki, gənclərə pis nümunə olurlar. Sabah oğlanlarımızda vətənpərvərlik əvəzinə qadınlaşma olacaq”.
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı