Tabloid.az
Daha dolğun və cazibəli dodaqlara sahib olmağın üsulları
Ancelina Coli, Adriana Lima, İrina Şeyk kimi çəkici və dolğun dodaqlara sahib olmaq hər bir qadının arzusudur. Təbiət bütün qadınları dolğun dodaqlarla mükafatlandırmasa da, kiçik makiyaj hiylələri ilə dolğun görünüşlü dodaqlara sahib ola bilərik. Tabloid.az dodaqları həcmli göstərən makiyaj hiylələrini təqdim edir:
Dodaq qələmi
Dodaq qələmi adətən dodaqları aşkara çıxarmaq, dodaq boyasının tez solmasının qarşısını almaq üçün istifadə edilir. Üst dodaqlara qələmi ortadan - qıvrım hissədən başlayın və künclərə doğru çəkin. Alt dodaqlara qələmi tinlərdən çəkin və iç qisimlərə doğru tək bir xətt görünüşü verəcək şəkildə dodaq qələmi çəkin.
Doldurun
Dodaq qələmi, dodağın daha canlı görünməsini təmin etmək üçün də istifadə edilir. Pomadanın rənginə uyğun dodaq qələmi ilə dodaq xəttinin üstünə dodaq qələmi çəkin və yüngül toxunuşlarla dodağın iç hissəsinə sürtün. Növbə pomadaya gələndə, pomada fırçası ilə ortadan başlayaraq kənarlara doğru dodaqlara çəkin.
Parlaqlıq verin
Dodaq parladıcısı ilə maksimum parıltı verməyə çalışın. Dözülməz və təsirli bir görünüşə qovuşmaq üçün ən sürətli yol parıltılı balzamlardan istifadə etməkdir. Dodaq parladıcısı rəngli və ya şəffaf ola bilər. Tək başına və ya ən sevdiyiniz pomada ilə birlikdə də çəkə bilərsiniz. Nə qədər parlamaq istədiyinizə isə siz qərar verəcəksiniz. Dodaqların daha dolğun görünməsi üçün ən qədim və təsirli üsuldur. İlk olaraq, dodaq boyası çəkin, daha sonra dodaqlarınızı büzün və parladıcını dodaqlarınız ortasına çəkin. Bu zaman dodaqlar daha həcmli görünür.
Parlaq dodaqlar
O qədər də qalıcı olmayan dodaq parladıcılarının yerinə, dodaqlarınıza vazelin sürtə bilərsiniz. Bu zaman parlaqlıq daha uzunmüddətli olacaq, həm də dodaqlarınız yay günəşindən, qışın da soyuğundan qorunmuş olacaq.
Dolğun dodaqlar daha incə göstərmək üçün?
- Dodaq kənarlarına yüngülcə tonal krem sürtün.
- Dodaqları pomadaya uyğun rəngdə dodaq qələmi ilə üst dodağınıza təbii xəttinin altından, alt dodağının isə üstündən haşiyəyə alın. Dodaqlarınızın yeni quruluşuna sadiq qalaraq pomada sürtün. Mat dodaq boyalarına üstünlük verin. Pomadanı fırça ilə çəksəniz, daha yaxşı nəticə alarsınız.
İncə dodaqları olduğundan daha dolğun göstərmək üçün?
- Dodaqları dodaq boyasına uyğun rəngdə dodaq qələmi ilə öz xəttinin tam üstündən çevrəyə alın. Daha sonra dodaqların yeni xəttinə sadiq qalaraq pomada sürtün.
- Parlaq və aydın rənglər istifadə edin. Tünd rənglər dodaq həcmini kiçildir.
- Tünd rənglərdən vaz keçə bilmirsinizsə, dodaqların ortasına daha açıq rəng və ya parladıcı sürtün.
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO