Tabloid.az
Klassik kəsmik zapekankası - Resept

Tabloid.az kalorisi az olan kəsmik zapekankasının reseptini təqdim edir:
İnqrediyentlər:
400-500 qram kəsmik
3 yumurta
2-3 xörək şəkər tozu, zövqə görə azaltmaq və ya artırmaq olar
2 xörək qaşığı manna yarması, un əvəz etmək olar
2 xörək qaşığı xama
1 bir paket vanilin
1/2 çay qaşığı soda
Bir çimdik duz
Kərə yağı
Hazırlanması:
Kəsmik, xama, manna yarması və şəkər tozu qarışdırılır.
Yumurtanı köpüklənənə qədər çalın, bir çimdik duz atın.
Yumurtaya soda və ya vanilin əlavə edin.
Yumurta ilə kəsmik kütləsini qarışdırın.
5-7 dəqiqə gözləyin ki, manna yarması içində şişsin.
Soba üçün yağlı kağıza kərə yağı sürtün, üzərinə bir çimdik manna yarması səpin. Hazır çalınmiş kütləni qaba tökün.
Sobanı 200 dərəcə qızdırın. 40-45 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.
Zapekanka soyuduqdan sonra onu qabdan çıxarın.
Əgər ağız dadınıza uyğundursa kişmiş, qurudulmuş giləmeyvə, rəndələmiş limon qabığı əlavə edə, şəkər tozunun miqdarını artıra və ya manna yarmasını un ilə əvəz edə bilərsiniz.
Nuş olsun!

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi