Əl və ayaq şişməsinə səbəb olan xəstəliklər
Bizi izləyin

Tabloid.az

Əl və ayaq şişməsinə səbəb olan xəstəliklər

Əl və ayaq şişməsinə səbəb olan xəstəliklər

Əllərin və ayaqların şişməsi uzun müddət ayaqda durmaq kimi səbəb istisna olmaqla normal hesab olunmur. Gündəlik həyata da əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə bu halla tez-tez qarşılaşan insan vəziyyətin səbəbini araşdırmalı və həkimin qəbuluna getməlidir. Çünki əl və ayaq şişmələri bir çox xəstəliyin xəbərçisi ola bilər.

Əl və ayaq şişməsinə səbəb olan bəzi vəziyyətlər:

Əl, ayaq şişmələri damarlardan qaynaqlanırsa və ağrılı bir şəkildə ortaya çıxıbsa, ilıq su ilə duş alın. Qətiyyən isti suda çimmək olmaz.

Əllərdə şişməyə səbəb olan digər bir amil də qaraciyər xəstəlikləridir. Gün ərzində uzun müddət ayaqda qalan insanlarda bu durumla bağlı olaraq şiş əmələ gələ bilər. Şiş orqanizmdə duz istifadəsinin artmasına bağlı olaraq su yığılmasıdır. Bu vəziyyətin qarşısını almaq üçün duz istifadəsi azaldılmalıdır.

Gərgin tempdə və ayaqda çalışan insanlar da tez-tez əl ayaq şişməsindən əziyyət çəkirlər. Bu tərz şişləri aradan qaldırmaq üçün yaxşı istirahət lazımdır.

Xaricdən alınan zərbə ilə də əllərdə və ayaqlarda şişlər görülə bilər. Bu tərz şişliklərə sınıqlar, çatlaqlar zamanı da rast gəlinir.

Əl və ayaq şişməsi həmçinin hamiləlikdən dolayı, yüksək təzyiq, artrit səbəbi və burxulma kimi hallar zamanı da yaşana bilər. Ümumiyyətlə, əl, ayaq şişmələrinə laqeyd yanaşmaq olmaz. Müalicə edilmədiyi hallarda irəliləyə bilir.

Hamiləlik zamanı ayaq şişməsi: Hamilə insanların bədənləri daha çox maye saxlayır. Bu mayenin körpə üçün həyati əhəmiyyəti vardır. Əslində hamilələrdə ayaq şişməsi uterusun damarlara təzyiq etməsindən qaynaqlanmaqdadır. Uzanaraq şişin yox olmasını təmin edə bilərsiniz. Bu, tamamilə normal bir vəziyyətdir.

Burxulma zamanı ayaq şişməsi: Bu vəziyyətdə oynaq yerlərindəki toxumalar zədələnər və ətrafına toxumalar arası maye toplamağa başlayır, nəticədə isə ayaq şişməsi meydana gəlir. Bunun qarşısını almağın ən yaxşı yolu şişin üstünə soyuq su, buz qoymaqdır. Soyuq buzu bir bezə bükərək ayaqlar və ya biləklər üzərində gəzdirə bilərsiniz. Soyuq buz ayaq damarlarında və damardan sızan mayelərin azalmasına səbəb olar.

Yüksək təzyiq: Yüksək təzyiq əslində böyrək xəstəliyindən xəbər verə billər. Dolayısı ilə yüksək təzyiq bədəndə yığılan mayelərin sidik yolu ilə atılamamasına və ən sonunda da ayaqlara vuraraq şişməsinə səbəb olar. Son zamanlarda meydana gələn ayaq şişmələrinə ürək xəstəlikləri də səbəb ola bilər. Bu baxımdan kardioloqa görünməkdə fayda var.

Artrit zamanı ayaq şişməsi: Artrit oynaq iltihablanması deməkdir. Oynaq iltihablanması ayaqlarda şişkinliyə səbəb olur. Xüsusilə ayağın yerə basması ilə artan ani və iti ağrılarla özünü göstərir.

Damar sərtləməsi və tıxanması: Qıçlarda damarların tıxanması qanın ayaqlarda yığılmasına və bunun nəticəsində də ayaqların şişməsinə gətirib çıxarır. Bu problemi tez zamanda həll etmək lazımdır. Ayaq şişməsi ayaq damarlarındakı xəstəliklərə işarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm