Cinsi əlaqə zamanı ağrı hansı xəstəliklərə işarədir?
Bizi izləyin

Tabloid.az

Cinsi əlaqə zamanı ağrı hansı xəstəliklərə işarədir?

Araşdırmalar göstərir ki, hər 10 qadından 1-i cinsi əlaqə zamanı ağrı hissi yaşayır

Araşdırmalar göstərir ki, hər 10 qadından 1-i cinsi əlaqə zamanı ağrı hissi yaşayır. Bu ağrılar şiddətli olanda qadın ya cinsi həyatdan soyuyur, ya da əri ilə aralarında problemlər yaranır.

Mütəxəsislər bildirirlər ki, ağrıların səbəbi bəzən psixoloji olsa da, bəzi ağrılar xəstəliklərin işarəti ola bilər.

Türkiyənin məşhur qadın doktorlarından Süleyman Eserdağ bütün qadınları maraqlandıran məıumatlar verib. Tabloid.az Türkiyə mətbuatına istinadən həmin məlumatları sizinlə bölüşür:

“Cinsi əlaqə zamanı ağrı, yanğı kimi problemlər tibb dilində "disparoni" adlandırılır. Cinsi əlaqə ağrısının müalicəsi mümkündür. Ancaq əvvəlcə ağrının qaynağı müəyyənləşdirilməlidir".

Süleyman Eserdağ ağrılar arasındakı fərqlərdən bəhs edərək, hansı ağrının hansı xəstəliyin işarəti olduğuna aydınlıq gətirib:

"Bu ağrıları bəzi qadınlar sadəcə vaginada, digərləri isə daha dərində - qasıq bölgəsində hiss edilir.

Seks zamanı qasıq bölgəsində hiss edilən ağrıların səbəbi yumurtalıq kistası, uşaqlıq və ya yumurtalıqdakı iltihab, sidik kisəsi infeksiyaları, şiş kimi xəstəliklərə işarət ola bilər. Əgər cinsi əlaqə zamanı ağrı hiss edən qadın həm də aybaşı zamanı şiddətli ağrıdan şikayət edirsə, onda "endometrioz" adlı xəstəlik ola bilər.

Körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən analar daha sonra cinsi əlaqə zamanı ağrı hiss edə bilərlər.

Həmçinin vağına daraltma əməliyyatları, sidik kisəsinin əməliyyatları da seks zamanı ağrı hissinin baş verməsinə səbəb olur.

Vaginada hiss edilən ağrı isə genital infeksiyalar və ziyillər, vağına infeksiyaları (göbələk, trikomonas), vaginada yaranan kista problemlərindən şübhələnməyə əsas verir.

Qızlıq pərdəsinin qalın olması və ilk cinsi əlaqə zamanı tam olaraq aradan qalxmaması da sevişərkən qadının ağrı hiss etməsinə səbəb ola bilər.

Klimaks dövründə olan qadınlarla körpə əmizdirən analarda estrogen hormonu az olduğu üçün vağına quru olur. Bu isə cinsi əlaqə zamanı qadının ağrı hiss etməsi ilə nəticələnir”.

Doktor bəzi psixoloji səbəblərdən yaranan ağrılardan da danışıb:

“Vaginizm, cinsi həyat təcrübəsizliyi, partnyora qarşı olan mənfi düşüncələr və kin, evlilikdəki problemlər, stress kimi səbəblər vaginanın quru qalmasına səbəb olur ki, bu da cinsi əlaqə zamanı ağrıya gətirib çıxarır.

Vaginizm bir çox qadının problemidir, ancaq bir həftəyə bu problemdən xilas olmaq mümkündür. Bu zaman doktorla psixoloq əməkdaşlıq etməlidir. Ancaq digər psixoloji səbəblər psixoloqlar tərəfindən müalicə oluna bilər”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm