Tabloid.az
Astroloji proqnoz - 5 oktyabr

QOÇ - Kifayət qədər maraqlı bir gün yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Doğmalarınızla mümkün əlaqə saxlayın.
BUĞA – Xırda maliyyə probleminiz olsa da, çıxılmaz vəziyyətə düşməyəcəksiniz. Ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmayın. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir.
ƏKİZLƏR - Hamıdan enerjili və şanslı olmaq üçün düzgün qərarlar verməli, düzgün addımlar atmalısınız. Bu isə çox sahələrdə uğurlarınızı artıracaq. Hazırda üzərinizə düşən başlıca vəzifə münasibətlərə aydınlıq gətirməkdir.
XƏRÇƏNG - Gün ərzində ilk növbədə sağlıq durumunuza diqqət yetirin. Fəaliyyətdə uğurlar və şəxsi büdcədə artım barədə isə narahatçılıq olmayacaq. Bu arada əsasən işgüzar sövdələşmələrdə bəxtiniz gətirəcək.
ŞİR - Saat 11-dən başlayaraq şəxsi işlərinizdə əsaslı dönüşün baş qaldıracağını bildirən Göy qübbəsi ölçülü-biçili addımlar atmağınızı tələb edir. Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləməyə çalışın.
QIZ - Pulla bağlı problemləri nəzərə almasaq, hansısa çətinliyiniz olmayacaq. Astroloji göstəricilər sevgi ümmanına da baş vurmağınızı tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz daha çox məhəbbətdir.
TƏRƏZİ - İxtiyarınızda olan bu füsunkar gün sizin üçün müəyyən mənada gərginliklə müşahidə olunacaq. Bu, daha çox fəaliyyət zəminində baş verə bilər. Odur ki, əsas vaxtınızı istirahətə həsr edin.
ƏQRƏB - Fəaliyyətdə bir qədər passivlik müşahidə olunsa da, qarşılıqlı münasibətlərdə və şəxsi büdcəni artırmaqda hər şey normallaşacaq. Saat 17-dən sonra yaxın dostlarınızla görüşməyə çalışın.
OXATAN - Əsas diqqəti səhhətinizə yönəldin. Ötən günlərdən yığılıb qalan ağrılarınız qabara bilər. Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın. Yalnız böyük ideyalarınız barədə düşünün.
OĞLAQ - Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedi-qodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun.
SUTÖKƏN - Hər mənada düşərli gün demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq. Təcrübəli adamlarla məsləhətləşin.
BALIQLAR – Ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Özünüzü çoxbilmiş kimi göstərməyin. Qida və yuxu rejiminizə fikir verin. Aldığınız təkliflərə isə razılıq verməyə tələsməyin.

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi