Bu qadınların yaşını bilənləri bir sual narahat edir... - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu qadınların yaşını bilənləri bir sual narahat edir... - Fotolar

Yaşlandıqca gözəlləşən qadınlar

Aktrisa Syuzan Sarandon məşhurlaşdıran rollarını 40 yaşından sonra oynayıb. Onun şəkillərinə, oynadığı rollarına nəzər salanda illərin ulduz üzərində hakim olmadığının şahidi oluruq. Baxmayaraq ki, bu il aktrisanın 68 yaşı tamam olur.

Tabloid.az ilhamlanıb özünüzə güvənmək üçün yaşlaşdıqca gözəlləşən aktrisaların fotolarını toplayıb. Bu qadınların yaşını bilənləri bir sual narahat edir. Necə? Bu yaşda belə gənc qalmağı necə bacarıblar? Baxın və illərə meydan oxumaq üçün heç vaxt gec olmadığının fərqinə varın.

Syuzan Sarandon, 68 yaş

знаменитости в возрасте

Aktrisanın cavan və gümrah qalmaq üçün qeyri-adi resepti var. O, pinq-ponq idman növünün tərəfdarıdır. Sarandon hesab edir ki, yoqadan fərqli olaraq bu, formada qalmaq üçün ən əyləncəli idman növüdür.

Kristi Brinkli, 60 yaş

знаменитости в возрасте

Yəqin ki, bu gözəl qadının şəklinə nəzər saldıqda ona ən çox verilən sualın "Bu formanızı necə saxlaya bilirsiniz?" olduğuna dair şübhəniz qalmır. Həy şey çox sadədir. Bu yaşında da "Sports Illustrated" kişi jurnalının üz qabığını bəzəməkdə Kristiyə vegetrian olması kömək edir.

Ceyn Fonda, 76 yaş

знаменитости в возрасте

Fitnesin və sağlam qidalanmanın ən ehtiraslı fanatının bu görüntüsü təqdirə layiqdir.

Cerri Holl, 58 yaş

знаменитости в возрасте

"The Rolling Stones" qrupunun əfsanəvi solisti Mik Caqqerin həyat yoldaşı onunla tanış olmazdan öncə məşhurlaşmışdı. 1970-ci illərin ən məşhur manikeni olan bu sarışın gözəllik salonlarının dəb etalonu idi. Yaşına baxmayaraq, hələ də ona tələb var. O, "Chanel", "H&M", "Sunglass Hut" kimi brendlərlə əməkdaşlıq edir.

Sofi Loren, 80 yaş

знаменитости в возрасте

Onun 72 yaşında "Pirelli" təqviminə çəkildiyi sirr deyil. Aktrisanın gənclik və gözəllik sirri olduqca sadədir. O gün ərzində çoxlu su içir, spirtli içki içmir və siqaret çəkmir.

Meril Strip, 65 yaş

знаменитости в возрасте

65 yaşında olmasına baxmayaraq, ən çox çəkilən aktrisalardan biridr. O, plastik əməliyyat etdirməyib və yaşını gizlətmir. Onun dediyinə görə, boş vaxtlarını ancaq ailəsi ilə keçirir və bol enerjisini də onlara borcludur.

Şer, 68 yaş

знаменитости в возрасте

Məşhur aktrisa və müğənni özünü plastik cərrahiyyənin canlı reklamı hesab edir. 45 il iş stajı olan müğənni plastik əməliyyatlarla belə cavan qala bildiyini gizlətmir.

Katrin Denev, 70 yaş

знаменитости в возрасте

Fransız aktrisası günü-gündən çiçək açır. O, əmindir ki, gəncliyi və gözəlliyi yalnız sağlaz həyat tərzi və idmanın hesabına qorumaq olar.

Helen Mirren, 69 yaş

знаменитости в возрасте

Onun hər çıxışı səs-küyə səbəb olur. Stilistlər isə onun eleqant obrazını çox bəyənirlər. Mirren isə çox təvözəkardır və gəncliyini düzgün geyim seçimi ilə əlaqələndirir.

Ceyn Seymur, 63 yaşзнаменитости в возрасте

Onu yaşsız qız adlandırırlar. Heç vaxt plastik əməliyyat etdirməyən aktrisa gəncliyini genlərinə borclu olduğunu deyir.

Cenni Rods, 82 yaş

знаменитости в возрасте

82 yaşlı model İngiltərənin "Vielma" markası üçün hələ də kamera qarşısına keçir. Onun aristrokat üz cizgiləri bütün qadınları ruhlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm