Sarışın gözəl: “Kişilərin hamısı bir bezin qırağıdır” - Fotolar
Bizi izləyin

Tabloid.az

Sarışın gözəl: “Kişilərin hamısı bir bezin qırağıdır” - Fotolar

Kameron Diaz kimi qızlar barədə adətən belə deyirlər: “Çox gözəl olmasa da, onda cəlbedici nəsə var, xoşagəlimli qızdır”. Girdə sifət, hiyləgər təbəssümü, cazibəli dodaqları onun mehriban və genişürəkli xanım olmasından xəbər verir.

Kameron Diaz kimi qızlar barədə adətən belə deyirlər: “Çox gözəl olmasa da, onda cəlbedici nəsə var, xoşagəlimli qızdır”. Girdə sifət, hiyləgər təbəssümü, cazibəli dodaqları onun mehriban və genişürəkli xanım olmasından xəbər verir.

“Böyümək və yaşa dolmaq məni qətiyyən qorxutmur. Mən bundan həzz alıram. Yaşa dolduqca daha da gözəlləşdiyimi hiss edirəm. Köhnə şəkillərimə baxanda heç də pis olmadığımı düşünürəm. Amma indi mən özümə daha çox fikir verirəm və hiss edirəm ki, əvvəlkindən də yaxşı görünürəm. Buna görə də özümü əla hiss edirəm”.

Uşaqlıq illəri

Ucaboy, heyranedici mavi gözlərin sahibi, sarışın Kameron Diaz 1972-ci ildə San-Dieqoda anadan olub. Onun atası Emilio Diaz 1998-ci ilə kimi UNOCAL neft şirkətinin idarələrinin birində fəhlə işləyib. Aktrisanın valideynləri əslən kubalı olsalar da, özü Amerikada böyüyüb. Ondan ispanca danışa bilib-bilmədiyini soruşanda isə belə cavab verir. “Aman Allah, mən sizin nə demək istədiyinizi bilirəm. Amma indi sizə ispanca cavab verə bilməyəcəm. Mən cənubi Kaliforniyada, dəniz kənarında böyümüşəm. Bizim köklərimiz gedib Kubaya çıxsa da, mən amerikalıyam! ”Anası Billinin qanında ingilis, alman və Amerikanın yerli tayfalarından olan çerokilərin qarışığı var. Kameron ailənin kiçik övladıdır, onun özündən böyük Chimene adlı bacısı var. Aktrisa təhsilini “Long Beach Polytechnic High School” məktəbində alıb.

16 yaşı olanda Kameron Hollivuddakı bayram axşamlarından birində tanış olduğu fotoqrafın köməyi sayəsində cəmi bir həftə ərzində “Elit Model” agentliyi ilə müqavilə bağlayır. Kameron bu barədə öz valideynləri ilə məsləhətləşdikdən sonra onlar qızlarının Yaponiyaya yol düşməsinə icazə verirlər. Bu isə qız üçün gözlənilməz idi. Çünki bu hadisəyə qədər valideynləri ərköyün qızlarına ciddi qadağalar qoyurdular. Beləliklə, Kameron Yaponiyaya yola düşür. Aktrisa həmin günləri belə xatırlayır: “İnanın ki, 16 yaşında təkbaşına xaricə heç tanımadığın ölkəyə getmək heç də asan iş deyil. Yanımda mənim evə saat neçədə qayıtmalı olduğumu müəyyənləşdirən böyüyüm yox idi!” Qarşıdakı 5 ili Kameron ayrı-ayrı ölkələri, hətta qitələri gəzməklə keçirir: Avstraliya, Mərakeş, Fransa, Meksika...

“Mən cins şalvar və idman köynəkləri geyinən, arxa cibində daraq gəzdirən və saçlarını lələklə bəzəyən çətin xasiyyətli qız idim”.

Ölkələri səyahət edəndən bir müddət sonra qızcığaz film prodüseri Karlos de La Torre ilə Hollivudda ev tutur və birlikdə yaşayır.

Gələcəyin parlaq ulduzu “Mademoiselle”, “Seventeen” moda evlərinin siması kimi, eyni zamanda, “Calvin Klein”, “Levis”, “Coca Cola” kimi şirktlərin reklamlarında çəkilir. Bu isə 21 yaşlı qız üçün heç də az nailiyyətlər deyildi. Amma Kameron daha böyük uğurlar arxasınca gedirdi. Az keçmir ki, şəxsi agentinin təklifi ilə Kameron model biznesindən aktyorluq sənətinə doğru irəliləməyə başlayır. Kim inana bilərdi ki, cəmi 12 seçim mərhələsindən keçən gənc model Cim Kerri ilə birlikdə “The Mask” (Maska) filmində çəkilmək imkanı qazanacaq.

Kameron bu filmə dəvət alandan sonra qarşısında uğurun bütün qapıları taybatay açılır: “Başlanğıcda rejissorların istədiyi hər şeyi yerinə yetirməyə hazır idim. Amma sonra iş o yerə gəlib çıxdı ki, mən onlara dedim, “Bilirsiniz nə var? Mən bunu etmək istəmirəm. Xoreoqrafla eyni hərəkəti yüz dəfə məşq etməkdən bezmişəm”. Bundan sonra onlar qarşılarında yeni bir aktrisanın olduğunu anladılar”.

Filmin rejissoru Çarlz Russel onda əsl aktrisalıq məharətini görəndən sonra özü birbaşa “New Line Cinema” şirkətinə yollanıb, bu filmdəki baş rolu Kamerona verməyə inandıra bilir. O vaxtlar Kameron hələ də böyük ekran işində baş rol aldığına inana bilmirdi. O, tez-tez filmin prodüserlərindən soruşurdu ki, “Doğurdanmı, bu əsl böyük kinodur?”

“Bir işdən imtina edəndə siz onu itirmiş olursunuz. Ona görə də mən hər bir imkandan yararlanıram”.

Çəkilişlər vaxtı aktrisa qastrit xəstəliyindən əziyyət çəkir. Yalnız bundan sonra gənc aktrisa əsl məsuliyyətin nə demək olduğunu anlayır. Amma kino studiyaları və prodüserlər “The Mask” filminin çəkilişləri vaxtı xəstəlik keçirən Kameronla yeni müqavilələr bağlamağa o qədər də maraq göstərmirdilər. Diaz hər hansı rola çəkilmək üçün aşağı səviyyəli filmlərdə oynamaq təkliflərini də qəbul etməli olur. O, rejissor Stacy Title tərəfindən ekranlaşdırılan “The last supper” filmində Jude adlı qızın obrazını canlandırır. Aktrisa etiraf edir ki, bu filmdə çəkilməsinin yeganə səbəbi digər aktyorlarla birgə oynamaq imkanı idi.

Elə həmin il Kameron 5 il yaşadığı Karlos de La Torreden ayrılır.

Maraqlıdır ki, Kameron dəvət aldığı filmlərdə əsasən, zərif qadın obrazlarını yaradırdı. Bundan başqa, bu filmlərdə dəniz səhnələrində öz gözəl bədənini sevə-sevə nümayiş etdirirdi. Ona məşhurluq gətirən filmlərdən biri “Head Above Water” (Su üzərindəki baş) filmi olur. Həmin filmdə aktrisa Harvery Keittle birlikdə çəkilir. Elə həmin il aktrisaya düşərli olur. Belə ki, Kameron “National Association of Theater Owners” (Teatr rəhbərlərinin Milli Assosiasiyası) tərəfindən “Female Star of tomorro – “Sabahın qadın ulduzu” adına layiq görülür. Artıq insanlar onu tanıyır, hətta pərəstiş də edirdilər. Kameronun böyük film studiyaları tərəfindən çəkilən filmlərə qayıdışı Hollivudun sevimlisi Culiya Robetrslə “Ən yaxşı rəfiqəmin toyu” filmində çəkilməklə başlayır. Bu romantik komediya kino tənqidçiləri tərəfindən də yaxşı qarşılanır.

Bundan sonra Kameron daha böyük uğurlara imza atır. “Meri barədə bildiklərim” filmi aktrisaya “NYFCC Award” and “Golden Award” festivalında “Ən yaxşı aktrisa” mükafatını qazandırır. Kameron eyni zamanda “Con Malkoviç olmaq”, “Ona baxanda bunu anlamaq olar”, “Adi həyatdan da pis həyat”, “Hər bazar günü”, “ Çarlinin mələkləri”, “Atamın evi”, “Qeyri-adi rəy”, “Nyu-York bandaları” filmlərində rol alır. 2001-ci ildə Kameron yenidən “Ən yaxşı ikinci plan aktrisası” mükafatını qazanır. Bu mükafatı ona “Vanilli səma” filmi gətirir. Bundan başqa, aktrisa həmin il tammetrajli sevimli “Şrek” cizgi filmində Fionanı səsləndirir.

Sarışın gözəlçə Culiya Robertsdən sonra roluna görə, 20 milyon dollar qonorar alan ikinci aktrisa olur. Bu məbləği isə o, “Çarlinin mələkləri” filminə görə qazanır. Daha sonra çəkildiyi filmlərdə aktrisaya “Çarlinin mələkləri”ndən az şöhrət gətirmir.

2005-ci ildə aktrisa “The people” jurnalının rəyi ilə “Ən zövqlü məşhur qadın” adına layiq görülür.

Şəxsi həyatı

Artıq yuxarıda da qeyd olunduğu kimi model kimi çalışdığı vaxtlarda Diaz Karlos de La Terro ilə birgə yaşayrıdı. 1995-ci ildən etibarən isə Kameron Matt Dillonla görüşməyə başlayır. Onların münasibətləri 1998-ci ilə qədər davam edir. Bundan sonra aktrisa 2002-ci ilə qədər aktyor və musiqiçi Jared Leto ilə münasibətdə olur. Digər Hollivud cütlüklərindən fərqli olaraq, onlar bu yaxınlıqlarını gizli saxlayırlar. Mərasimlərin birində Kameronun barmağındakı brilyant qaşlı üzük diqqət çəkir.

Amma insanlar musiqiçinin çətin xarakterli Kameronla münasibətlərini rəsmiləşdirməsinə inanmırdı. Çünki rol aldığı “Çarlinin mələkləri” filminin çəkilişləri zamanı Jerad bir dəfə də olsun çəkiliş meydançasına təşrif buyurmur. Bundan başqa aktrisa bütün Hollivud mərasimlərinə tək qatılır. Jared Leto ilə ayrılması barədə rəsmi məlumat verilməsə də, bu haqda Hollivudda şayiələr gəzirdi. Beləliklə iki illik sevgi sona çatır. Uğursuz sevgi münasibətlərindən sonra müsahibələrinin birində, kişilər haqqında bunları söyləmişdi: “ Hollivudda münasibətlər uzun sürmür. Bu baxımdan biz də istisna deyilik.

Kişilərin hamısı bir bezin qırağıdır. Onlar həm yataqda, həm də başqa məsələlərdə özlərini təsdiqləmək istəyirlər və qadının özünü onların seksual oyuncağından başqa heç bir rolda təsəvvür etməməsinə can atırlar…”

Castin Timberleyk və Kameron Diaz

Kameron Diaz və Castin Timberleyk cütlüyü 2003-cü ildə “Nickelodeon Kids” mükafatlandırma mərasimində tanış olmuşdular. Kameron Castin Timberleykdən 10 yaş böyük olması haqqında deyir ki, bu, insan münasibətləri tarixində nə ilk, nə də ki, sondur. Lakin cütlüyün münasibətləri uzun davam etmir. 2004-cü ilin iyununda “Dünya xəbərləri” nəşri Castinin modellə görüşdüyü haqqında xəbər yayır. 2005-ci ilin mayında isə “The Sun” qəzetində Kameronla MTV telekanalının “Səyahət” sənədli filminin prodüseri Şeyn Nickersonun yaxın münasibətləri barədə məlumat dərc olunur. Bu dəfə aktrisanın barmağında yenə qızıl üzük görünür. Amma cütlük münasibətləri haqqında gəzən suallardan yayınır. 2006-cı ildə aktrisa növbəti dəfə ərə getməsi ilə bağlı xəbərləri təkzib edir. Vəziyyətdən isə evliliyə hələ hazır olmadığı bəhanəsi ilə çıxır. O, bildirir ki, “Mən öhdəliklərdən qorxan insanam. Evlənmək barədə düşünmək istəmirəm!” 2007-ci ildə isə cütlük ayrılmaları barədə açıqlama verirlər.

Öz münasibətləri barədə cütlük belə açıqlama verir: “Biz həmişə münasibətlərimizi mətbuatdan gizli saxlamağa çalışmışıq. Amma hazırda cəmiyyətdə dolaşan şayiələri və mətbuatda dərc olunan məqalələri nəzərə alıb, açıqlama vermək qərarına gəldik. Bizim aramızda romantik münasibətlər sona çatıb. Bir-birimizə olan sevgi və hörmət münasibətlərini saxlayaraq, dost kimi ayrılmışıq”.

Bundan sonra aktrisanın adı Cenifer Enistonun keçmiş sevgilisi Paul Skulforun, həmçinin beysbolçu Aleks Rodriqezlə hallanıb. Cazibədar aktrisanın 42 yaşı olmasına baxmayaraq, öz yarını hələ də tapa bilməyib.

Lakin Glamour” jurnalının üz qabığını bəzəyən Kameron Diaz müsahibəsi ilə hər kəsi təəccübləndirmişdi. Aktrisa kişilərə nisbətən qadınları daha cazibədar hesab etdiyini söyləyib.

42 yaşlı ulduz buna baxmayaraq, lezbiyan olmadığını deyib: “Məncə, qadınlar çox gözəldir. Onların gözəlliyi tamdır. Hər bir qadın müəyyən bir nöqtədə başqa qadından cinsi baxımdan təsirlənib. Buna əminəm”. Qeyd edək ki, aktrisa daha əvvəl də bu tipli açıqlamaları ilə çaşqınlıq yaratmışdı.

Kameron Diaz haqqında maraqlı faktlar

Diaz əsəb pozuntusundan əziyyət çəkdiyini, təmizlik xəstəsi olduğunu dəfələrlə mətbuata etiraf etmişdi. O qapıları açmazdan əvvəl dəstəyini sildiyini, əlləri və ayaqlarını gün ərzində dəfələrlə yuduğunu, hətta qapıları dirsəyi ilə açdığını gizlətmir. Lakin 2007-ci ildə nəhayət ki, bu xəstəliklə vidalaşdığını bildirir: “Məncə, daha belə hallar məni narahat etməyəcək”.

Kameron Diaz Hollivudun qalmaqallı aktrisa kimi də tanınır. Onun səs-küylü qalmaqalı isə 2004-cü ildə prezident seçkiləri ilə bağlı olmuşdu. Belə ki, “Oprah Vinfrey şousu” adlı televiziya proqramında çıxış edən məşhurlar gəncləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə həvəsləndirməli idi. Şouya aktrisa Drev Barrimore, müğənni Kristina Aqilera və reper Sean “Diddy” Combsla birgə qatılan Kameron üzünü tamaşaçılara tutub deyir: “Biz qadınlar çox şey itirə bilərik. Əgər siz zorlamanın qanuni hal kimi qəbul olunmasını istəyirsinizsə, onda səs verməyin! Yox əgər öz bədəniniz üzərində hüquqlarınızın əlinizdən alınmasını istəmirsinizsə, onda səs verin!”

Şouda iştirak edən Laura İngraham Kameronun sözlərinə bu cür aydınlıq gətirir: “Diaz insanlara çatdırmaq istəyir ki, əgər siz Demokratlar Partiyasının namizədi Con Kerriyə səs verməsəniz, hazırkı prezident Corc Buş ABŞ-da abortun qadağan olunmasına çalışacaq” .

Aktrisa 2000-ci ildə də prezidentliyə namizdə Albert Goru dəstəklədiyini gizlətmirdi. Hətta Çarlinin mələkləri filminin çəkilişlərinə bir dəfə üzərində “Mən Buşun oğluna səs verməyəcəm” yazılı maykada gəlmişdi.

Kompüteri yoxdur və kompüteri açıb bağlamağı belə bilmir!

42 yaşlı Hollivud ulduzunun gözəllik sirləri

Makiyajsız halı ilə olduqca sadə görünən məşhur ulduz Kameron Diaz makiyajlı halı ilə aləmi heyran qoyur. Çünki Kameron Diaz makiyaj edərkən, makiyaj mütəxəssislərini təəccübləndirəcək bir çox hiylələrə əl atır. Necə?

Kameron Diaz makiyaj etmədən əvvəl dərisini nöqsansız hala gətirir. Makiyajına həmişə su əsaslı nəmləndirici kremlə başlayır. Sızanaq və sızanaq ləkələrini örtücü kremlə yox edir. Su tərkibli tonal krem istifadə edən məşhur aktrisa kremi bütün üzünə və boynuna çəkir. Sonra isə sifətinə daha yumşaq bir ifadə verməsi üçün göz altlarına krem tonlarında göz kölgəsi sürtür.

Mavi gözlərə sahib olan aktrisa daha dərin bir ifadə üçün gözünün içinə mavi bir qələm çəkir. Gözləri diskret olan Diaz göz qələmini göz çeşməsindən başlayaraq çəkir və uzun bir quyruq qoyaraq göz məsafəsini nizamlayır. Kölgənin üzərinə və alt kirpiklərinə parıltılı toz kölgə vurur və sonda kirpiklərini tuşla formaya salır.

20 illik aktrisalıq təcrübəsi olan 42 yaşlı Kameron Dizaın “Bədən dili” adlı kitab yazdığı haqqında məlumat vermişdik. Tabloid.az xəbər verir ki, “Vanity Fair” jurnalı Kameron Diazın müxtəlif tarixlərdə bədəni ilə bağlı verdiyi açıqlamaları bir araya gətirərək "Məhz Kameron Diazın anatomiyası" – adı altında oxuculara təqdim edib.

Saçlarımı çox sevirəm. Onlara toxunmaq, oxşamaq özümü yaxşı hiss etməyimi təmin edir.

Qoltuq altı dezodorantlarına inanmaram. Onlar tərləməyə qoymayaraq pis qoxunun gəlməsinə yol açır. Bol su ilə yuyunmaq daha yaxşıdır.

Bikini nahiyəsindəki arzuolunmaz tükləri heç vaxt lazer şüası ilə təmizləməyi məsləhət görmürəm.

Arxa əzələ üçün sürətli yerimək, qaçmaq çox əhəmiyyətlidir. Hər zaman idman edin. Genişlənməni əngəlləmək qadının öz əlindədir.

Ayaq baş barmağım bədənimi dinləmək üçün ən həssas nöqtədir. Əgər əyilib toxunursansa, deməli formadasan.

Mənim sinəm kiçikdir, amma mən məmnunam.

Mədəm şişəndə nifrət edirəm. Amma süd məhsulları ilə pəhriz saxlayanda hər şey qaydasına düşür.

Yetkinlik çağımda üzümdə sızanaqlar çıxanda evdən çıxmaq istəməmişəm. O qədər iyrəncdi idilər ki... Sizanaqlardan xilas olanda dünyanın gözəli olduğuma inandım.

Uşaqlıqda çox arıq idim. Hamı mənə gülərdi. Lakin ombalar böyüdükcə özümü güclü və qüvvətli hiss etdim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm