İnsan hansı yaşda özünü xoşbəxt hiss edir?
Bizi izləyin

Tabloid.az

İnsan hansı yaşda özünü xoşbəxt hiss edir?

İnsan hansı yaşda özünü xoşbəxt hiss edir?

Ən xoşbəxt hesab olunan yaşların 23 və 69 olduğu müəyyənləşdirilib. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədəki London İqtisadi Performans Mərkəzindən alimlərinin apardığı araşdırma insan həyatında xoşbəxtliyin "U" şəkildə əyri bir xətt olduğunu göstərib.

Tədqiqatçılar insanların 23 yaşında çox xoşbəxt və çox nikbin olduqlarını, ancaq əhval-ruhiyyələrinin 50 yaşlara qədər yavaş-yavaş pozulduğunu bildiriblər. Daha sonra isə bəzi fikir və gözləntilərin geri qayıtdığını və 69 yaşında təkrar xoşbəxt olmağa başladığını vurğulayıblar.

17-85 yaş arası 23 mindən artıq adamın iştirak etdiyi tədqiqatda gənclərin gələcəkdən gözləntilərinin çox, yaşlıların isə az olduğu, yaş irəlilədikcə gözləntilərinin puç olduğu, fədakarlıq edildikdə həqiqi xoşbəxtliyə qovuşmağın mümkün olduğu açıqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm