Bu gözəllik tövsiyələrini ağlınızdan çıxartmayın! - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu gözəllik tövsiyələrini ağlınızdan çıxartmayın! - Fotolar

Bu gözəllik tövsiyələrini ağlınızdan çıxartmayın!

Saç maskaları, isti vannalar, qulluq edilən dodaqlar, günəş qoruyucuları və.s qadını gözəlləşdirən əsas faktorlardır. Lakin xanımlar bəzən bunların heç birini yerinə yetirmir. Tabloid.az xanımları gözəlləşməyə stimullaşdıran mütəxəssislərin şəxsi baxım və gözəllik tövsiyələrini təqdim edir:

Hər yeni gündə yediklərimizə diqqət edəcəyimizə, saçlarımıza daha çox qulluq göstərəcəyimizə və daha gözəl dəri üçün gecə yatmazdan əvvəl dəriyə nəmləndirici kremlər çəkəcəyimizə dair öz-özümüzə söz veririk. Heç vaxt yerinə yetirmədiyimiz bu qərarları artıq tətbiq etməyin vaxtı çatıb! Əgər siz də daha baxımlı olmaq istəyirsinizsə, bu andan etibarən düşündüyünüzü həyata keçirməyə başlayın!

Güman edirəm ki, Nail Art (dırnaq sənəti) ilə yaradılan çılğın dırnaqlardan hamımız bezmişik! Artıq yaxşı cilalanmış, zərif dırnaqlara geri qayıtmağın vaxtıdır. Zəngin, qadınlığı əks etdirən rənglər və parlaq laklar sizin sevimliniz olmalıdır. Hər zamankı kimi qırmızı, bordo, qəhvəyi və neytral tonlar bu mövsüm ən çox istifadə etdiyimiz lak rənglərindən biridir.

Canlı və parlaq saçların sirri yaxşı qidalanmaqdadır! Saç ustlararı müştərilərə saçlarını hər gün yumamağı tövsiyə edirlər. Saçlarınızı şampun istifadə etmədən hər gün yuya bilərsiniz, amma saçları hər gün şampunla yumaq saçları qurudur, zərər verir. Məhz möhtəşəm saçların digər sirri də düzgün balzam istifadə etməkdir.

Qırmızı pomadaya etinasızlıq etməyin! Bu il qırmızı pomada dəbdədir. Sadəcə gündüz və gecə üçün istifadə edəcəyiniz fərqli tonlar və fərqli tərkibli pomadaları sınayıb özünüzə uyğun olanı seçin! Parıltılı, dodaqdan silinməyən pomadalar, mat dodaqlar, açıq qırmızı, zoğalı və.s ola bilər. Çində qırmızı şans, zənginlik və sağlamlığın simvoludur. Bu, qırmızı pomada sürtmək üçün ən gözəl bəhanə ola bilər.

Duşdan əvvəl saç maskası çəkin! Saçlar maskalar sayəsində daha parlaq ola bilər. Həftədə bir neçə dəfə duşa girməzdən əvvəl çəkəcəyiniz saç maskaları saçlarınızın parlamasına yardımçı olacaq! İstəsəniz, hazır saça qulluq maskalarından istifadə edə, ya da evdə təbii vasitələrdən saç maskası hazırlaya bilərsiniz.

Boksla məşğul oluruq! Bu il bədəni formaya salmaq üçün fitness yerinə, daha hərəkətli və faydalı bir üsul kəşf edin. Bu baxımdan boks əla məşqdir. Sizin üçün bir az fərqli məşq növü olsa da, bir dəfə məşğul olduqdan sonra buraxmaq istəməyəcəksiniz! Həm sıxıcı idman salonunda qaçış lentinin üzərində özünüzü yeriməyə məcbur etməyəcək, həm də döyüşməyi öyrənərək hər seans 1000 kalori yandıracaqsınız!

Köpüklü vannanın kefini çıxarın! Hər zaman xəyalını qurduğumuz isti köpüklü vannaları bu il reallığa çeviririk! Heç tənbəllik etmədən vannanı isti su və duş yağları doldurun. İçinə bir az hamam köpüyü əlavə etdiyiniz zaman bütün günün yorğunluğunu üzərinizdən atacaqsınız!

Günəş qoruyucu kremlər çəkin! Qırışlardan və günəşin zərərli təsirlərindən qorunmaq üçün yalnız qızdırıcı günəşin altında bikiniylə uzanarkən deyil, gündəlik həyatınızda da günəş qoruyucu kremlər istifadə etməlisiniz! Günəş qoruyucu tərkibi ehtiva edən nəmləndirici kremlər dəriyə verə biləcəyimiz ən gözəl töhfədir. Bu il günəş mühafizəçisiz küçəyə çıxmırıq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm