Tabloid.az
Kişilər qadınları hansı hallarda seksual hesab edirlər?

Kişilər nələri seksual hesab edirlər?
Heç qarşı cinsə təsir etmək üçün necə paltar geyinməliyəm deyə düşündünüzmü? Əlbəttə düşündünüz. Bunu hansı qadın düşünmür ki? Bəs kişilərin ən seksual hesab etdikləri paltarlar hansılardır? Bunu araşdırdınızmı?
Tabloid.az Türkiyə mətbuatına istindən xəbər verir ki, Minnesota Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparılıb. Universitet tərəfindən aparılan araşdırma və anketlərin analizinin nəticələrinə əsasən, kişilər daha çox qırmızı rəngi seksual hesab edirlər. Kişilərin seksual hesab etdikləri paltarların siyahısından hər bir qadının paltar şkafında olan detallar çıxıb. Baxaq, siz bu seksual paltarlardan hansılarını geyinirsiniz?
Kişilərin seksual hesab etdikləri geyim siyahısına nəzər salaq:
Bədənə oturan və yaraşan dar geyimlər
Mini ətək ilə geyilən uzun çəkmələr
Kürək dekoltesi üzərinə açıq buraxılmış saçlar
V şəklindəki sinə dekolteləri
Bəbir təsvirləri
Hündürdaban ayaqqabılar
Əslində bunu bilmək üçün dərin araşdırmaya ehtiyac yoxdur, ancaq kişilərin az qala hamısı dikdaban ayaqqabını (əlbəttə o ayaqqabı ilə gəzə bilən qadını) seksual hesab edirlər. Yüksək dikdaban ayaqqabı geymiş qadınının yerişini arxadan seyr etmək isə onların sevimli məşğuliyyətləri arasındadır.
Bağlar və iplər
Bağın sirli nümayişi kişiləri həm xəyal etməyə, həm də ehtiraslı düşünməyə itələyir. Qadınların iplərlə, yaxud bağlarla bağlanan geyimlərini olduqca seksual hesab edən kişilər xüsusilə alt paltar seçimində bağı çox seksual qiymətləndirirlər. Dərin dekoltelərdə gözəl təsir buraxan bağlar qadını həqiqətən də əlçatmaz göstərir.
Dəri
Qadına vəhşi seksuallıq bəxş edən geyimlərdən biri də dəri parçalardır. Hətta bəlkə də hündürdaban ayaqqabıdan da ən öndə gəlir. Kişilər dərini ehtirası və seksuallığı ən çox xatırladan parça olaraq qəbul edirlər. Xüsusilə dar, qara şalvarların kənarlarındakı qara xətlər bədən quruluşuna güvənən qadınların seksual geyim siyahısında iştirak edir.
Qırmızı
Detallardakı qırmızılar, məsələn qırmızı pomada əlbəttə cazibədardır. Ancaq qırmızı don qadını obrazdakı qırmızı detallardan daha füsunkar göstərir. Qırmızı paltar geymiş qadının seksual imic yaratdığını söyləyən kişilər bu rəngi olduqca çox sevir.
Krujevalar
Dərilər vəhşi gözəllik yaradırsa, krujevalar bunun əksinə olaraq məsum qadın obrazı yaradır. Eyni zamanda alt paltarlarında krujeva detallarından çox istifadə edildiyi üçün kişilər krujevanı da seksuallıq rəmzi olaraq görür. Zərif əl işləmələri qadın bədənini həqiqətən də əsrarəngiz göstərir və ona qeyri-adi gözəllik bəxş edir.

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı