Kardaşyanın və Ceylonun ombasına rəqib gəlir - Fotolar
Bizi izləyin

Tabloid.az

Kardaşyanın və Ceylonun ombasına rəqib gəlir - Fotolar

Kardaşyanın və Ceylonun ombasına rəqib gəlir

Bilinən bədən quruluşu ilə tanınan televiziya ulduzu Kim Kardaşyanın artıq çox ciddi rəqibi var. Bu rəqib həm də öz ailəsindəndir.

Kardaşyanların kiçik bacısı Khloe bu yaxınlarda gün Los Ancelesdə alış-verişə gedərkən obyektivlərə tuş gəlib. 30 yaşlı Kardaşyanın həmişəki iddialı paltarlarını belə kölgədə qoyan bir məqam diqqətdən yayınmayıb.

Uzun müddətdir ki, artıq çəkidən xilas olmağa çalışan Xloe Kardaşyanın beli həqiqətən də diqqət çəkəcək qədər nazikləşib. Buna görə də ombaları ilk anda hiss ediləcək qədər iri görünürdü. Bu vəziyyəti görənlərin hamısını eyni sual düşündürür. Onun yeni görüntüsü “Görəsən Xloe ombalarını iri göstərmək üçün hiyləyə əl atıb? Yoxsa implantasiya olub və ya silikon qoydurub? suallarını gündəmə gətirdi.

Ancaq Xloe Kardaşyanın məşhur idman təlimçisi Qunnar Peterson onunla saatlarla idman salonunda işlədiyini bildirib. O vurğulayıb ki, burada heç bir hiylə yoxdur: "Xloe çalışdı, çapaladı və sonunda istədiyi görünüşə qovuşdu".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm