Cennifer Lopez qüsursuz bədəninin sirrini açıqladı - Fotolar
Bizi izləyin

Tabloid.az

Cennifer Lopez qüsursuz bədəninin sirrini açıqladı - Fotolar

Cennifer Lopez kimi görünmək istəyənlər oxusunlar!

Cennifer Lopez qüsursuz gözəlliyinin sirrini açıqlayıb. İdeal bədən quruluşu ilə daim diqqət mərkəzində olan 45 yaşlı cazibədar ulduz möhtəşəm görüntüsünü vegeterian pəhrizinə borclu olduğunu bildirib.

Xarici mətbuata müsahibəsində mükəmməl görünmək üçün tətbiq etdiyi bütün qaydaları pərəstişkarları ilə paylaşan gözəlçə gündə 6 saat rəqs etdiyini qeyd edib.

Son günlər “Booty” adlı mahnısına çəkdiyi seksual kliplə gündəmdə olan Cennifer möhtəşəm ombalara qovuşmaq üçün çəkilişlərdən öncə vegeterian pəhrizi saxladığını vurğulayıb. Bu pəhriz saxlayarkən müğənni ət, süd, yumurta kimi heyvani qidaları menyudan tamamilə çıxarılır. Sadəcə meyvə və tərəvəzlə qidalanmaq bu pəhrizin əsas şərtidir.

“Booty” klipi üçün bu pəhriz sayəsində 5 kilo arıqlayaraq bədən ölçüsünü 34-ə endirməyi bacaran Cennifer spirtli içkilərdən də uzaq durduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən pəhriz ilə ideal çəkidə qalan tək məşhur Cennifer Lopez deyil. Beyons, Natali Portman, Cesika Simpson və Olivia Uald kimi ulduzlar da bu pəhrizi həyat tərzinə çeviriblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm