Lalə: “Yazığım gəlir, kaş özünü kənardan görə bilərdi...” Fotolar
Bizi izləyin

Tabloid.az

Lalə: “Yazığım gəlir, kaş özünü kənardan görə bilərdi...” Fotolar

“Cərrahdan çox psixoterapevtə ehtiyacları var!”

Şou-biznesin əksər nümayəndələri mahnı, kliplə yanaşı şəxsi həyatı, qalmaqallı mövzularla gündəmdə qalmağa çalışır. Əməkdar artist Lalə Məmmədova şəxsi həyatında çətin günlər yaşasa da, bu mövzuda danışmamağa çalışır. Sənətçi Tabloid.az-a müsahibəsində bu və digər məsələlərə toxundu:

“Əgər qalmaqalım yoxdursa, bu o demək deyil ki, mən məhşur ola bilməmişəm. Əsas odur ki, ilk “10”luqda özümü görə bilirəm. Siyavuş Kərimi hər zaman mənə deyirdi, sən sənətinini arxasınca get, məhşurluq özü gəlib səni tapacaq. Mən bu prinsiplə çalışıram. Cılız hadisələrlə ən azı 2 gün gündəmdə qala bilərəm. Məhşurluğun düsturu mənim aləmimdə bu deyil ki, hər yanda mən, hətta soyuducunu açanda belə mən çıxmalıyam... Mən zövqünə bələd bir zümrənin ifaçısı olmağı tərciyə etmişəm. Sənətdən başı çıxmayan, musiqi zövqü olmayan insan yəqinki məni dinləyə bilməz. Ya onun zövqündə oxumalıyam, ya da indiki kimi olmağı tərciyə etməliyəm. Mən sənət rəqabəti görmək istəyirəm. Əgər başqası yaxşı klip çəkdirirsə, mən rəqabətə girib, ondan yaxşısın çəkdirə bilərəm.

Münasibətə gəlincə, elə bilirsiz mənim incik olduğum, küsülü olduğum adamlar yoxdu? Var. Sadəcə mən şəxsi məsələləri insanların gözü qarşısında sərgiləyib, ürəklərini bulandırmaq istəmərəm. Ona ayırdığım vaxtımı “Leyli və Məcnun” Leyli, “Şahsənəm”də Şahsənəm oynamağa sərv eləsəm, sənətdə udaram. Hərdən deyirlər ki, özünü çərçivəyə salmısan. Əslində mən azad ruhlu insanam. Sadəcə, şou-biznesdəki qaydaların bəziləri mənim təbiətimdən uzaqdı.

- Şou aləmdə bəyənmədikləriniz nədir?

- Təsadüfü insanları bəyənə bilmirəm. Onlar elə bilirlər ki, sənət üçün nə isə edə bilirlər. Peşəkar və qeyri-peşəkar bir qazanda qaynayır. Zövqsüzlər zövqsüz mahnıları ilə gündəmi zəbt ediblər. Pulunu verib, televiziya, radioları zəbt edir və özünü məhşurlaşdıra bilir. Səhəri gün də mənimlə bir səhnəyə çıxır. Bu halları həzm edə bilmirəm.

- Belə ifaçılarla eyni səhnəni bölüşməkdən imtina etmisiniz?

- Çox olub. Əvvəllər bunun bir o qədər fərqinə varmırdım. Bir gün baxdım ki, bəzi verilişlərdə, səhnədə filankəslərlə bir səhnədəyəm və özümü öz qabımda hiss etmədim. Veriliş yaxşı ola bilər. Amma yanımdakı insanın səsi, mahnıları mənim sənətimlə müqayisəyə gələn deyil. Artıq seçim etmək qərarına gəldim.

- Belə başa düşdüm ki, repertuarını toy, qazanc xatirinə qurmursan? Bəs qazancına qanesən? Bəllidir ki, müğənni üçün gəlirin əsas hissəsini toylar təşkil edir.

- Toy təkcə gəlir mənbəyi deyil. Sadəcə bunu çox bəsitləşdiriblər. Toyda oxumaq çox çətindi. Toyda elə bilirəm öz solo konsertimdi. Elələri var ki, efirdən toy tutur, amma mən efirdən yox, toydan toy tutmuşam. Əvəllər mən toy bazarında yox idim. Zamanla toy repertuarı qurub, getməyə başladım.

- Bu gün özünü məşhurluğun artıq zirvəsində görən məşhurların toy potensialı nə dərəcədədi?

- Elələri var ki, efirlərdə fonoqrama ilə oxuyub, zamanı doldura bilərlər. Amma toy canlı ifa sevir. Bilirsiz mən nəyi sevmirəm? Bəziləri toy repertuarını efirə gətirir. Toydan efirə ayaq açan müğənnilər elə düşünürlər ki, toyda onları sevirlərsə, deməli efirdə necə istəsələr oxuya bilərlər. “Mənim toyum var, mənim pulum var, nə istəsəm edə bilərəm” - prinsipindədirlər. Həmin ifaçılar toyla efirin səhnəsini səhv salıblar. Toy başqadı əzizlərim! Toyda səni 300-500 insan izləyə bilər. Amma efir milyonların ixtiyarındadır. Fikrini səlis çatdıra bilən insanda gözəl natiqlik qabiliyyəti var. Təəssüf ki, bəzi toy ifaçıları həm fikir çatdırmaqdan uzaqdırlar, həm də intelligentdən... Bilmədiyini sonradan öyrənəndə, elə bilir çox şey bilirlər. Hərdən beləsinə yazığım gəlir ki, kaş özünü kənardan görə bilərdi.

- Özünü təbiətinə yaxın olmayan insanlardan uzaq tutaq bilirsən? Mühafizəkarsınız?

- Məni narahat edən insanlardan mütləq şəkildə uzaq oluram. Amma ciddi şəkildə özümə qarşı hörmətsizlik, kobudluq görməmişəm . İnsanlar da bilirlər ki, kimə necə yanaşmaq lazımdır.

- Sənət yoldaşlarınızdan kiminlə dostluq edirsiz?

- İllərdir Samir Cəfərovla ailəvi dostluq edirik.

- Bəs xanımlarla?

- Tünzalə Ağayeva, Azərin, İradə İbrahimova. İradə burada olmasa da, onunla vaxtımız olduqca mesajlaşırıq. Tünzalə çox diqqətli rəfiqədir. Həssas dönəmlərimdə hər zaman məni axtarıb, əhvalımı xəbər alıb. Amma dərdləşməyə sıx zaman tapa bilmirik. Amma bilirəm ki, hər günümdə o insanları yanımda görə biləcəm.

- Bildiyim qədəri ilə gərgin iş qrafikiniz var. Həm pedaqoqsuz, həm sənətçisiniz, ən başlıcası isə anasız. Evə yorgun gəlib, özünüzlə baş-başa qalanda, kim və ya nə sizi qayğı və yorğunluqdan azad edə bilir?

- Gözləyirəm qızım böyüsün və dərdimi, fikrimi onunla bölüşüm. Nərgiz hələ 9 yaşındadır. Evə nə qədər yorğun gəlsəm belə, dərdləşməyə ehtiyac duyuram. Həyatımda nə qədər rəfiqələrim olsa da, dərdləşmək üçün hələki anamdan mənə yaxın olan olmadı. Hərdən fikrimi gizlətdiyim anlar da olub ki, qadın fikir eləməsin. Analar daha həssas olur. Ona görə bəzi anlarda içimdəkiləri ondan gizlədirəm.

- İkinci övladdan sonra çəki problemi hiss olundu. Kompleksinizi gizlədə bilmirdiz. İndi necədi?

- Artıq heç bir kompleksim yoxdur. Axşam evə gəlib, balalarımı qucaqlayanda, xırda nüanslar heç ağlımın ucundan belə keçmir. Efir incə olmağı tələb edir. Amma mən arıqlamaq üçün özümü oda-közə vurmaqla deyil, zamanla çalışıram. Bu çəkini bütün günü yeyib, içib yığmamışam. İki övlad dünyaya gətirmişəm. Çəki almağım da normaldır. Artıq bu problemi də geridə qoymağa başlamışam.

- Bədəninin hansısa hissəsində və ya üzündə plastik müdaxiləyə ehtiyac duyursan?

- 50-55 yaşda bəlkə ehtiyac olacaq. Burnum ideal deyil. Xırda nüans var. Amma bu mənəm... Əməliyyatla mən üz xarakterimi itirəcəm. Ona görə, üzümə toxunmasam daha yaxşıdı.

- Şou-biznesin plastik gözəllərinə münasibətiniz?

- Məncə, elə insanların cərrahdan çox psixoterapevtə daha çox ehtiyacı var. Onları başa salmaq lazımdır ki, sizin heç bir probleminiz yoxdu. Düzdür, simaya görə, çox qabarıq burnun və ya bədəndə hansısa bir hissənin müdaxiləsi səhnə üçün lazımdı. Amma dəb xatirinə, yaxud nəyincə xatirinə bunu edənləri başa düşə bilmirəm...

Fotoqraf Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm