Bütün qadınları gözəlləşməyə təhrik edən məsləhətlər
Bizi izləyin

Tabloid.az

Bütün qadınları gözəlləşməyə təhrik edən məsləhətlər

Bütün qadınları gözəlləşməyə təhrik edən məsləhətlər

Dünyanın ən gözəl qadınları əsrlərlə bir çox yazıçıların, rəssamların ilham mənbəyi olur. Onların gözəllik haqqında fikirləri bir çox qadınların həyat devizinə çevrilir. Gözəlləşmək istəyən qadınları ruhlandıraraq onların ilham mənbəyi olur. Tabloid.az Sofi Lorenin gözəllik haqqında afrorzmlərini bir yerə toplayıb. Sofinin fikirləri bütün qadınları özünü, qəlbini və bədənini təkmilləşdirməyə təhrik edəcək:

  • Cavanlıq mənbəyi mövcuddur: bu, sizin ağlınız, istedadınız, həyatınız və sevdiklərinizin həyatına daxil etdiyiniz yaradıcılığınızdır. Siz bu mənbədən içməyi öyrənəndə həqiqətən də öz yaşınıza qalib gələcəksiz!
  • Fiziki hərəkətlər qadını daha cazibəli edir. Sən bir hərəkəti müntəzəm yerinə yetirsən, idmanla daim məşğul olsan, yolda daha qürurla və rəvanla gedərsən, elə bil ki, bütün küçə sənindir.
  • Gözəllik onun uğrunda mübarizə aparmağa dəyər. Gözəllik sizi kütlədən ayıracaq, intellekt və hazırcavablıq sizin nüfuzunuzu artıracaq, gözəlliyinizin cazibəsi isə sizi heyranedici edəcək.
  • Hesab edilir ki, üzdəki nöqsanları gizlətmək olar. Ancaq hansı nöqsanları? Qeyri-adi üz cizgilərini gizlətməkdənsə, vurğulamaq daha yaxşı olardı.
  • Məndə bəyəndiyiniz hər şeyə görə, spagettiyə borcluyam.
  • Saç düzümü günün necə keçməsinə, dolayısı ilə də həyatın da necə keçməsinə ciddi təsir edir.
  • Öz gözəlliyinə qəti şəkildə əmin olan qadın ona başqalarını da inandıra bilir.
  • Təravətli yanaqlar, qara qələm çəkilmiş gözlər və məharətlə pudralanmış burun sənətdə cəlbedici olmaq üçün başlıca keyfiyyətlər deyil. Gözəllik tamam başqa məsələlərdən asılıdır. Mehriban, xeyirxah, ağıllı olmadan, həmçinin təxəyyülsüz yaxşı təsir bağışlayan qadın ola bilməzsən.
  • Gözəllik özünü dərk etməkdir, o, sənin gözlərində əks olunmalıdır. Bu, fiziki hal deyil.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm