1 milyon uşağı öldürən səbəb
Bizi izləyin

Tabloid.az

1 milyon uşağı öldürən səbəb

Mütəxəssislər körpələrin ən azı 6 ay ana südü ilə qidalanmasının vacib olduğunu vurğulayırlar

Mütəxəssislər körpələrin ən azı 6 ay ana südü ilə qidalanmasının vacib olduğunu vurğulayır.

Tabloid.az xəbər verir ki, uşaqların normal böyüməsi və inkişafı üçün ən vacib qida məhz ana südüdür. Son məlumatlara əsasən, dünyada hər il milyondan artıq uşaq ana südü ilə qidalanmadığına görə tənəffüs yolları, bağırsaq və digər viruslara yoluxmaq nəticəsində dünyasını dəyişir.

Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay ərzində ana südü ilə qidalandırılmasını sağlam həyat üçün ən vacib şərt kimi qəbul edib. Hətta təşkilat bununla bağlı oktyabr ayının bir həftəsinin "Dünya əmizdirmə həftəsi" kimi də qeyd edilir. Təşkilat uşaqların mümkün olduğu təqdirdə əlavə qidalarla yanaşı 2 yaşına qədər ana südü ilə qidalanmasının ən doğru seçim olduğunu apardıqları araşdırmalar nəticəsində ortaya çıxardıb. Əgər hər bir körpə doğulduqdan sonrakı 6 ay müddətində yalnız ana südü ilə qidalandırılarsa, hər il 1.5 milyona qədər insan həyatı xilas olar. Nəinki yalnız xilas olmuş həm də inkişaf etdirmiş olar, çünki ana südü yeni doğulmuş körpənin ilk 6 aylıq həyatı üçün ən gözəl qidadır – heç bir süni qida onu əvəz edə bilməz.

Ancaq aparılan tədqiqatlar son dövrlərdə anaların yeni dünyaya gəlmiş övladlarını hazır yeməklər və içkilərlə qidalandırmaqda artım olduğunu göstərir. Qeyd edək ki, ana südünün tərkibini 87 faizini su təşkil edir. Buna görə də ana südü ilə qidalanan körpələrə 6 ay ərzində su verməyə ehtiyac yoxdur.

"Ana südü ilə qidalanan körpələr hazır qidalarla böyüyən uşaqlardan daha tez-tez acırlar. Buna səbəb isə ana südünün tez həzm edilməsidir. Uşaqlar hər acdığında an südü verilməlidir. Əgər körpə gün ərzində 4-5 dəfə təbii ehtiyacını qarşılayırsa və ay ərzində 400-500 qram artım varsa, bu ana südünün ona kifayət etdiyini sübut edir. Əks təqdirdə həkim məsləhəti ilə bəzi əlavə qidalarla körpənin inkişafına dəstək olmaq olar", - deyə mütəxəssislər bildirir.

Ana südü ilə qidalanmağın uşaqlar üçün bir sıra faydaları da var:

* Ana südü həzmi asan, uyğun temperaturda və mikroblara qarşı davamlı tərkibə malikdir.

* Ana südü ilə qidalanan uşaqlarda diareya, tənəffüs yollarının infeksiyası, bağırsaq problemləri və ani uşaq ölümləri riski olduqca aşağıdır.

* Ana südü ilə qidalanan uşaqların gələcəkdə piylənmə problemləri ilə üz-üzə qalmaq ehtimalı azdır.

* Əmmə prosesi isə uşaqlarda zəka inkişafını sürətləndirir

* Körpəni infeksiyalara qarşı qoruyur

* Çənə və ağız inkişafı ilə bağlı problemlər, diş çürükləri və orta qulaq infeksiyası bu uşaqlarda az rast gəlinən sıxıntılardı

Bununla yanaşı, övladlarını ana südü ilə qidalandıran qadınlarda süd vəzi xərçənginə az halda rast gəlinir.

Özünüzü və övladınızı qoruyun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm