Sərin havaların ən seksual paltar modelləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Sərin havaların ən seksual paltar modelləri - Fotolar

Payızın ən seksual paltar modelləri

Bu yazıda tabloid.az 2014-cü ilin ən trend rəngləri və seksual paltar modellərini bir yerə toplayıb.

Dizaynerlər xəbər verirlər ki, bu mövsüm ziyafət libaslarında mavinin, qırmızının ən gözəl tonları aktual olacaq. Eyni zamanda, seksual biçimlər də nəzərdən qaçmır.

Payız-qış mövsümündə paltar seçərkən, daha seksual olmasını istəyirsinizsə, paltarınızın dekolteli və rəngli olmasına diqqət edin. Qara krujevalar, qırmızı, mavi və dekolteli paltarlar xüsusi gecələrin ən seksual paltarları arasındadır. Bu seksual tərzləri itiburunlu, dikdaban ayaqqabı ilə tamamlamağı unutmayın.

Kilolu xanımlar üçün bədənə çox yapışmayan paltarlar tövsiyə olunur.

Mövsümün əvəzolunmazı güllü naxışlı paltar modelləri də dəbdədir. Amma bu enerjini yaxalamaq üçün üzərində çiçək təsvirləri olan geyimlər almaq mütləq deyil. Canlı rənglərin istifadə edildiyi müxtəlif naxışlı ipək paltarlar da sizi kifayət qədər cəlbedici göstərəcək.

Krujeva dəbi bütün dövrlərdə xanımları cazibədar göstərməyə xidmət edib. Bu mövsüm də istisna deyil. Krujeva paltarları qara gödəkcələrlə tamamlayaraq daha ideal qış obrazına bürünmüş olarsınız. Krujevalı qara və qırmızı libasları neytral rəngli dikdaban ayaqqabılar, yaxud uzunboğaz çəkmələrlə birlikdə tamamlaya bilərsiniz. Və ya üstünüzə mini jaketlər ata bilərsiniz.

Krujeva və ipəkdən başqa, dəri geyimlər də çox aktualdır. Dərilər ən sadə və məsum qadını da sekusal göstərmək qabiliyyəti ilə seçilir. Dəri geyimlərin gücündən yararlanmaq lazımdır...

Qırmızı xalının ən yadda qalan seksual geyimlərini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm