Əfsanəvi “Rast” qrupu 20 illik yubileyinə hazırlaşır
Bizi izləyin

Tabloid.az

Əfsanəvi “Rast” qrupu 20 illik yubileyinə hazırlaşır

Oktyabrın 21-də əməkdar artist Rəşad Həşimovun rəhbərlik etdiyi “Rast” caz-folklor qrupunun 20 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Oktyabrın 21-də əməkdar artist Rəşad Həşimovun rəhbərlik etdiyi “Rast” caz-folklor qrupunun 20 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Tabloid.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutacaq “Rast 20 il” adlı konsert proqramında tamaşaçılar qrupun köhnə, hit mahnılarını yeni ifa, aranjeman və orkestr interpretasiyasında dinləyəcəklər.

Əfsanəvi qrup həmçinin Amerika, Avropa cazını, latın melizmaları, disko və hətta replə improvizə edilmiş bəstələr də təqdim edəcəklər.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm