Ağ saçlardan xilas olmaq üçün təbii vasitələr
Bizi izləyin

Tabloid.az

Ağ saçlardan xilas olmaq üçün təbii vasitələr

Saçlar qara rəngli piqmentin istehsalının azalması və tamamilə dayanması nəticəsində ağarır. Ancaq saçlarınızı əvvəlki rənginə qaytarmaq mümkündür

Qadınların ən böyük qorxularından biri də saçlarının ağarmasıdır. Saç stress, genetik modifikasiya olunmuş qidalar, ətraf mühitin çirkliliyi, kimyəvi maddələrin həyatımıza təsiri və genetik səbəblərdən erkən yaşlarda ağara bilər.

Sizin də hələ 30 yaşınız olmadan saçınız ağarıbsa, deməli, bəzi tədbirlər almalısınız.

Saçlar qara rəngli piqmentin istehsalının azalması və tamamilə dayanması nəticəsində ağarır. Ancaq saçlarınızı əvvəlki rənginə qaytarmaq mümkündür. Bunun üçün kimyəvi boyalara deyil, bitki mənşəli təbii vasitələrə müraciət etsəniz, sizin üçün daha faydalı olar.

Tabloid.az saçlarınıza əvvəlki rəngini və gözəlliyini qaytaracaq bir neçə üsul araşdırıb.

Zəncəfil

Rəndələnmiş təzə zəncəfil ilə 1 qaşıq balı qarışdırın. Bu qarışımı hər gün saçlarınızın dibinə çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə saçları yuyun. Bu saçınızın ağarmasının qarşısını alacaq.

Hindqozu yağı (kokos yağı)

Müxtəlif dəri problemlərinin həllində möcüzəvi təsiri olan kakos yağı saçların ağarmasının qarşısını almağa da kömək edir.

Saçlarınızın ağarmasını istəmirsinizsə, limon suyu ilə hindqozu yağını qarışdırıb saç diblərinə çəkin. Masaj edərək qarışımı dəriyə yedizdirin. Bu, həm də saçların daha sağlam və parıltılı olmasına səbəb olacaq.

ri

Köri (Hindistanda yetişən bitki növü) yarpaqlarını kakos yağı ilə qarışdırıb rəngi qaralana kimi qaynadın.

Bu qarışımdan saç tökülməsi və ağarması problemlərini aradan qaldırmaq üçün istifadə edə bilərsiniz. Hər gün bu qarışımı saç diblərinə çəkib masaj edin.

Çay

Tünd dəmlənmiş 1 stəkan çaya 1 qaşıq duz əlavə edib qarışdırın. Bunu saç dibləriniziə çəkib masaj edin. 1 saat saxladıqdan sonra ilıq su ilə saçalrı yuyun.

Ağ saçlardan xilas olmaq istəyirsinizsə, bunu həftədə 3 dəfə tətbiq edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm