Dünyanın ən gözəl sarışını necə belə qala bilir? - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən gözəl sarışını necə belə qala bilir? - Fotolar

Vera Brejnevanın gözəllik sirləri - Fotolar

Ukraynalı müğənni Vera Brejneva şəxsi "İnstagram" səhifəsinə bikinidə şəkillərini paylaşıb və qamətli bədən quruluşuna sahib olmaq üçün çoxlu qurbanlar verdiyini yazıb. Qeyd edək ki, müğənni bu formada qalmaq üçün çox əziyyət çəkir, sağlamlığının qeydinə qalır və özü ilə fəxr edir. O, şəxsi "İnstagram" səhifəsində mütəmadi olaraq sağlamlıq və gözəllik haqqında faydalı məlumatlar paylaşır.

Veranın fikrincə, ideal bədən quruluşuna sahib olmağın birinci qaydaları düzgün qidalanma və idmandır. O, hesab edir ki, kalorili məhsullardan tamamilə imtina edildiyi təqdirdə daha tez qüsursuz bədənə sahib olmaq mümkündür. Müğənni həm də ona kömək edən və dərisini ideal vəziyyətdə saxlayan kosmetik proseduralar haqqında danışıb.

“Pəhriz saxlamıram. Nəticə etibarı ilə sən özün-özünə qadağa qoyursan və özün də qaydaları pozursan. Mən yüngülləşdirilmiş qida rejiminə üstünlük verirəm. Qazlı və şirin sulardan ümumiyyətlə, istifadə etmirəm”.

Bədən

Vera ideal formada qalmaq üçün idman və düzgün qidalanmaqdan başqa, pilinqi, masajı və yoqanı da çox sevir. “Xoşbəxtlikdənmi, ya da bədbəxtlikdənmi mənə pəhriz saxlamağa vaxt qalmır. Onlar yalnız kompleks halda nəticə verir. Özlüyündə - heç nə. Onların effektini yalnız etdiyin müddətdə hiss edirsən, dayandırdıqda isə effekt gedir. Kursun qiyməti isə az deyil”. Müğənni məşqlərin qaynar pərəstişkarıdır. Hətta qastrol zamanı da məşq edir və ən azı həftədə bir dəfə yoqa ilə məşğul olur.

Dəri

Onun dəri gözəlliyinin resepti çox sadədir: Səhər əl-üzünü yumaq əvəzinə buz qəlibləri ilə silmək, ayda 2 dəfə kosmetoloq ziyarətinə getmək və ən əsası möhkəm yuxu.

İdman

Pilates, yoqa, üzgüçülük (ümumi tonus və lazımi zonalar - press, ombalar, ayaqlar) növləri ilə məşğul olur. “Həmçinin kardio məşqlərinə pərəstiş edirəm: Həftədə 2-3 dəfə 40-60 dəqiqə məşq edirəm. Mən evdə tək olanda - gündə bir növ məşq edirəm. Qastrolda əgər otelin nömrəsində vaxt varsa, gimnastika ilə məşğul oluram. Həftədə bir dəfə heç nə etmirəm, həmin gün yalnız qayğıma qalır və özümü sevirəm”.

Qidalanma

Son illərdə ifaçı özü üçün ən optimal qida rejiminə əməl edir. O, az-az, amma tez-tez yeyir. Lakin qidanın kalorisinin az olmasına fikir verir, şirniyyat və un məhsullarından isə tamamilə imtina edib. Əlbəttə ki, onun əsas qaydalarından biri də gecə yeməməkdir.

Səhərlər yulaf sıyığına üstünlük verir, əsas ağırlığı nahara verir, şam yeməyini də meyvə və tərəvəzlərlə yola verir. Müğənni şirniyyata və alkoqola demək olar ki, meylli deyil.

Gün ərzində səhər yeməyi, nahar, şam yeməyi və az porsiyalardan başqa, həmçinin yatmağa 4 saat qalmış isə heç nə yemir: "Şəkər, qəhvə, spirtli içkilər (bir şərab qədəhi istisna olmaqla) çörək, xəmir xörəyi, yağlı yeməklər – bütün bunlar gözəl və sağlam bədənin düşmənləridir. Onların qida rasionunda olub-olmaması isə bizim həqiqətən də yaxşı və sağlam görünmək istədiyimizi müəyyən edir. Bu, mənim həyat tərzimdir, əks halda belə ola bilməzdim".

Qeyd edək ki, dəfələrlə seks-simvol adını alan ulduz özünü gözəl hesab etmir.

“Qadının necə görünməsi özündən asılıdır. Əgər qadın özünə hörmət edirsə, sevdiyi kişinin xoşuna gəlmək istəyirsə, özünə güzgüdə baxanda zövq almaq, ümumiyyətlə, zərif qalmaq istəyirsə, müəyyən nüansları nəzərə almalıdır. Mən bu nüansları nəzərə aldığım üçün hamiləlikdən sonra tez zamanda əvvəlki formama qayıda bildim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm