Aygün Kazımova nişanlandı – Foto
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova nişanlandı – Foto

Aygün Kazımova nişanlanıb.

Aygün Kazımova nişanlanıb.

Tabloid.az xəbər verir ki, bu haqda xalq artisti özünün “İnstagram” bloqunda yazıb. Nişan üzüyünün fotosunu paylaşan sənətçi “Bu da mənim nişan üzüyüm. Nişanlandım, canlarım mənim”- qeydini yazıb.

Xatırladaq ki, A.Kazımova hazırda Fikrət adlı gənclə eşq yaşayır. Gəncin atası məmurdur və hazırda Almaniyada yaşayır. Xalq artistinin yeni sevgilisi özəl bizneslə məşğuldur. Cütlük İstanbulda tanış olub. Aygünün pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib. Müğənni yeni “Mən sənə xəstəyəm” adlı mahnısını da sevdiyi şəxsə həsr edib. Bu bəstə onun həyatından bəhs edir. Mahnının adı da xalq artisti tərəfindən təsadüfən seçilməyib. Belə ki, Fikrətin A.Kazımova üçün ən çox işlətdiyi söz “Mən sənə xəstəyəm”dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm