Tabloid.az
Astroloji proqnoz - 18 oktyabr
QOÇ - Oktyabrın ən maraqlı günlərindən birini yaşayacaqsınız. Uğurlu hadisələrlə rastlaşacağınız qaçılmazdır. Saat 16-18 arası riskli işlərə girişməyin. Əks təqdirdə uduzacaqsınız.
BUĞA - Bu gün planetiniz olan Venera aktivləşdiyindən sevindirici məqamlarla rastlaşacağınıza şübhə etməyin. Yeniləşmiş sevgi əlaqələri, təzə tanışlıqlar ovqatınızı xeyli yüksəldəcək.
ƏKİZLƏR - Ötən günlərin gərginliyi xeyli səngiyəcək. Bu səbəbdən də passiv fəaliyyət göstərməməli, əsas diqqətinizi ideal planların reallaşmasına yönəltməlisiniz. Ehtiyac sahiblərinə səxavət göstərin.
XƏRÇƏNG - O qədər də düşərli təqvim deyil. Hisslərinizi cilovlayın, kənar təsirlərə aludə olmayın. Sizə qarşı amansızlıq etmək istəyən hər kəsə sərt mövqe göstərin. Sevgidən ilham alın ki, mövcud gərginliyiniz ərisin.
ŞİR - Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız. Bu isə ovqatınızı xeyli yüksəldəcək. Əgər hər addımda Tanrı qüdrətinə arxalansanız, gözəl məqamlarınız bol olacaq. Yalan vəd verməyin.
QIZ - Bu təqvimi bütünlüklə istirahətə həsr edin. Fiziki işlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, pul problemləri barədə düşünəsiniz. İş müzakirələri də səmərəlidir.
TƏRƏZİ - Hiss olunur ki, darıxdırıcı günlər yaşayırsınız. Bu xoşagəlməzliyi dəf etmək istəyirsinizsə, müxtəlif ünvanlara baş çəkin. Hətta büdcənizdən asılı olaraq səfərə də çıxa bilərsiniz.
ƏQRƏB - Bu gün üçün pul əldə etmək müşkül məsələdir. Odur ki, bu barədə baş sındırmayın. Əsas diqqətinizi münasibətlər zəmininə yönəldin. Bəzi mübahisələriniz gözlənilir. Hər sözə ciddi yanaşmayın.
OXATAN - İxtiyarınıza verilən bu ərəfə ilk növbədə gələcək planların reallaşdırılması üçün səmərəlidir. İşgüzar sövdələşmələr, müzakirələr əhəmiyyətlidir. Saat 18-dən sonra ünsiyyətdə ehtiyatlı olun.
OĞLAQ - Astroloji göstəricilər bu gün üçün nəzərdə tutduğunuz perspektivlərin həyata keçəcəyini bəyan edir. Əgər səhhətinizi qorumağı bacarsanız, bu tövsiyələrə əməl edə bilərsiniz. Geyiminizə fikir verin.
SUTÖKƏN – Belə bir günü evdən kənarda keçirməyiniz məqsədəuyğun deyil. Yalnız bu halda xoşagəlməzliklər olmayacaq. Bütün planlarınızı başqa vaxta salın və hər mənada səbrli olun.
BALIQLAR - Ümumi çalarlarına görə, qənaətbəxş ərəfədir. Darıxmağınıza səbəb ola bilən hər hansı hadisə baş verməyəcək. Ulduzlar maddi gəlir üçün yaxşı imkan qazanacağınızı da bildirir.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO