Bu evdə hər yeri qara və ağ rənglər idarə edir - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu evdə hər yeri qara və ağ rənglər idarə edir - Fotolar

Bu evdə hər yeri qara və ağ rənglər idarə edir

Həyatınıza qara və ağ rəngi əlavə edərək və onları birlikdə istifadə edərək dekorasiyada parlaq görünüş əldə edin!

Zolaqlı və həndəsi naxışlar qara və ağ rəngi ən gözəl göstərən fiqurlardır. Otağınızın dekorasiyasını yaradarkən bu naxışlardan istifadə etməkdən qorxmayın.

Otaqda ağ rəngə daha çox yer vermisinizsə, qara rəngli taxta dizayn çərçivə, şam, qara ağ zolaqlı bəzək aksessuarı istifadə edərək otağınıza hərəkət qazandırmaq öz əlinizdədir. Qaranı ağın içərisində daha çox vurğulamaq istəyirsinizsə, qara rəngdə olan kitab rəfi, ya da çılçıraqdan yardım ala bilərsiniz.

Otağınızda qara üstünlük təşkil edirsə, dekorativ lampalar, xalçalar və pərdə modelləri ilə otağınızın havasını dəyişmək elə də çətin deyil.

Siz də evinizdə bu iki rəngin gözəl ahəngini yaratmaq istəyirsinizsə, bu iki rəngin xarakterik xüsusiyyətlərini də bilməlisiniz. Tabloid.az ağ və qaranın əsas özəlliyini təqdim edir:

Ağ rəng

Ağ rəng- hər kəsdə təmizlik, aydınlıq, təravət və sərinlik təəssüratı yaradır. Bu rəng sağlamlıq və gümrahlığın, xeyirxahlıq və ədalətin simvoludur. Ağ rəngin üstün cəhətlərindən biri də odur ki, o özündə Günəş şüasını əks etdirərək otağın daha işıqlı olmasını təmin edir. Bu rəngdən gün işığına həsrət qalmış otaqların interyerində istifadə edə bilərsiniz. Ağ rəng mətbəx və hamam üçün düzgün seçimdir. Baxmayaraq ki, bu rəng özünə tez çirk götürür, amma insanda xoş və mehriban əhval-ruhiyyə yaradır. Ağ rəng yataq otaqlarına məsləhət görülmür.

Qara rəng

İstifadəsi risklidir. Çünki insanda vahimə yaradır. Qara rəngin güzgülərlə interyeri maraqlı görünüş yaradır. Digər rənglərlə interyeri isə diqqətçəkicidir. Adətən bu rəng boşluğun və inkarlığın simvoludur. İnsanda qəm-kədər yaratsa da, yorğunluğu çıxarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm