Bu adamın 4 arvadı, 7 nişanlısı və 5 sevgilisi var - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu adamın 4 arvadı, 7 nişanlısı və 5 sevgilisi var - Fotolar

Eyni zamanda 10-dan çox qadınla münasibətdə olan Sonko bunu heç bir qadına hiss etdirməməyi bacarıb

Avstraliyanın ən dələduz oğrusunun 4 arvadı, 7 nişanlısı, 5 sevgilisi olduğu ortaya çıxıb. Tabloid.az-ın “Radikal”-a istinadən verdiyi məlumata görə, Sonko Tijan adlı dələduz qadınlarla əlaqə yaradaraq onların pulunu mənimsəyir, aldığı borcların geri qaytarılması tələb olunduqda aradan çıxırmış.

Eyni zamanda 10-dan çox qadınla münasibətdə olan Sonko bunu heç bir qadına hiss etdirməməyi bacarıb.

Ancaq evli olduğu qadınlardan biri “Facebook”da onun başqa qadınla şəklini görüb. Əvvəlcə gözlərinə inanmayan və ərinin əkizini tapdığını düşünən qadın daha sonra fırıldağın qurbanına çevrildiyini anlayaraq polisə müraciət edib.

Polis araşdırma nəticəsində 28 yaşlı gəncin 16 qadınla rəsmi və ya qeyri-rəsmi əlaqəsi olduğunu üzə çıxarıb. Onun bu münasibətlərdən 2 uşağı olduğunu, birlikdə olduğu qadınlardan ikisinin isə hamilə olduğunu öyrənən polis dələduzu yaxalamaq üçün axtarışlara başlayıb.

Polis gənc dələduzu öz tələsinə salıb. Bir qadının adı ilə onunla əlaqə qurulub və Tijan borc pul almaq üçün hava limanına gəlməyə razı olub. Hava limanında onu polislər qarşılayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm