Uşaq əmizdirən qadın pəhriz saxlaya bilərmi?
Bizi izləyin

Tabloid.az

Uşaq əmizdirən qadın pəhriz saxlaya bilərmi?

Uşaq əmizdirən qadın pəhriz saxlaya bilərmi?

Hamiləlik zamanı qadınların həddindən artıq kilo almaları doğuşdan sonra onları narahat edən ən böyük problemə çevrilir. Bəzi xanımlar düşünürlər ki, uşaq dünyaya gətirəndən sonra, körpəsinə ana südü verdiyi üçün anaların pəhriz saxlamaları doğru deyil.

Mütəxəssislərin bəzi məsləhətlərə əməl edərək yenicə ana olmuş qadınlar pəhriz saxlaya biləcəklər. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çox ciddi olmamaq şərti ilə uşaq əmizdirən qadınlar da pəhriz saxlaya bilərlər.

Uşaq əmizdirmək ananın sağlamlığı üçün çox faydalıdır və nə qədər ana övladını ana südü ilə qidalandırırsa, onun enerjiyə, zülala, vitamin və minerallara ehtiyacı daha da artır.Uşaq ana südü vasitəsilə enerjinin böyük bir qismini anasından aldığı üçün yenicə ana olmuş qadın nisbətən arıqlamağa başlayır.

İlk olaraq, yadda saxlayın ki, əgər siz bu yaxınlarda ana olmusunuzsa, qızartma yeməklərdən uzaq olmalısınız. Əmizdirən qadın dərman, spirt və siqaret istifadə etməməlidir. Xeyli miqdarda çiy, təzə tərəvəz və meyvə qəbul etməlidir.

Uşaq əmizdirən analara pəhriz resepti:

Səhər yeməyi:

1 stəkan süd

1 ədəd yumurta

5 ədəd zeytun

1-2 dilim çörək

1 x/q doşab

1 ədəd meyvə

1 ədəd kök yaxud da pomidor

Nahar yeməyi:

1 boşqab ətli tərəvəzli yemək

1 kasa plov və ya makaron

1 kasa qatıq

1 dilim çörək

Az yağlı, mövsümə uyğun hər hansı bir salat

Amma yemək arasında 1 stəkan meyvə şirəsi, pendir də qəbul edə bilərsiniz.

Şam yeməyində də naharda təklif edilən qidalardan yeyə bilərsiniz.

Yatarkən isə 1 stəkan süd için.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm