Mövsümün palto dəbinə aid proqnoz - Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün palto dəbinə aid proqnoz - Fotolar

Mövsümün palto dəbinə aid proqnoz

Dama-dama parçanın mövsümün trendlərindən biri olduğu mübahisə olunmazdır. Damalar demək olar ki, bütün paltarların üstündə istifadə olunub. Hətta çanta və ayaqqabılarda da özünü göstərir.

Ona görə də, demək olar ki, hər mağazada dama-dama parçadan hazırlanmış geyim variantlarına rast gəlmək heç də çətin deyil. Dama-dama parçanın ən çox sirayət etdiyi hissələr isə heç şübhəsiz üst geyimlərində yer alır. Mövsüm paltoları müxtəlif rəng və formalarda dama-dama naxışlara bürünür. Buna misal kimi "Stella Mccartney" və "Clinein" markalarının "oversized" dama-dama parça paltolarını göstərə bilərik.

Bu cür naxışlı palto almaq istəyəndə 2 dəfə düşünürsünüzsə, o zaman onun əyində çox gözəl qaldığını unutmayın. Bu palto dəbi mövsümün ən diqqətçəkən üst geyim trendləri sırasında yer alır. Bu tərz paltoya qarderobunuzda yer verməkdən çəkinməyin. Çünki dəb tənqidçiləri dama-dama trendinin hələ bir neçə il də davam edəcəyini proqnozlaşdırır.

Əgər imkan varsa, bu mövsüm mütləq bir dəst dama-damal palto almağa indidən tələsin. Tabloid.az modapərəst xanımlar üçün bir neçə dama-dama palto modelləri seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm