ANS-in Aytəni çəkisindən danışdı – Fotolar
Bizi izləyin

Tabloid.az

ANS-in Aytəni çəkisindən danışdı – Fotolar

ANS-in aparıcısı Aytən Səfərova tədbirlərin birində fotokamerasına poza verib.

ANS-in aparıcısı Aytən Səfərova çəkisindən danışıb.

“Çəkinizə görə kompleks keçirmirsinizmi?” sualımızı təbəssümlə qarşılayan aparıcı bundan qətiyyən narahat olmadığını dedi: “Qətiyyən nə kompleksə düşürəm, nə də narahat oluram. Əksinə, bu görünüşümlə özümü çox rahat hiss edirəm”.

Aytən heç arıqlamaq fikrində də olmadığını və bunun üçün xüsusi pəhriz saxlamadığını söylədi.

“Amma “Kökaltı” verilişiniz əla tutmuşdu, ANS-in ən reytinqli proqramlarından idi, belə bir veriliş barədə düşünmürsən ki?” sualına Aytəndən aldığımız cavab belə oldu: “Razıyam, “Kökaltı” tutdu, amma “Salam Azərbaycan” da tutdu və bu, insanların sevə-sevə baxdığı verilişdir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm