Tabloid.az
Təranə Qumral rəqqasə Fatiməni məhkəməyə verdi

Rəqqasə Fatimə Fətəliyevanın “Xəbərsizsinizmi” verilişində müğənni Musa Musayev və Təranə Qumral cütlüyü barədə səsləndirdiyi fikirlər onu məhkəmə qarşısına çıxaracaq. Müğənni Təranə Qumral bu barədə açıqlama verərək bildirib ki, artıq bu gün məhkəməyə müraciət edib:
“Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik. Şərəf və ləyaqətimi alçaltdığına görə ondan üzr istəməsini və 100 min manat təzminat tələb edəcəyik”.
Qeyd edək ki, rəqqasə sözügedən verilişdə Musa
Musayev və Təranə Qumralı nəzərdə tutaraq, bu cür sənət adamlarının
şou-biznes nümayəndələrinin adına ləkə olduğunu bildirmişdi:
“Şou-biznes adamlarına heç kim ciddi yanaşmır. Buna da bəzi
müğənnilər səbəb olub. Bir müddət əvvəl ər-arvad olan
müğənnilərimiz çıxdı. Adlarını belə çəkmək istəmirəm. Ər arvada
nələr dedi, arvad ərin ünvanına necə sözlər söylədi. Sonra da çıxıb
barışdılar. Ayıbdır... Onlara yaşlı insanlar, uşaqlar baxır.
Biabırçılıq idi. Biz efirdə çıxıb belə həyasızcasına danışsaq, hamı
da bizə birtəhər baxacaq”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

-
Region04:44
Türkiyədə toyda DƏHŞƏT: disko topu gəlinin üstünə düşdü - VİDEO
-
Magazin203:13
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
-
Magazin102:42
12 xalı bu ölkəyə verdik - VİDEO
-
Sosial01:11
Arzu Əliyeva Naxçıvan səfərindən VİDEO PAYLAŞDI
-
Art00:30
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Risk edə bilərsiniz
-
Sosial00:00
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
-
Elm və təhsil17 May 22:12
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdılar - VİDEO