Rəqqasə Fatimə 100 minlik təzminatdan danışdı
Bizi izləyin

Tabloid.az

Rəqqasə Fatimə 100 minlik təzminatdan danışdı

Rəqqasə Fatimə Fətəliyeva müğənni Təranə Qumralıın onu məhkəməyə verməsi haqda mətbuatda yayılan məlumatlaranaydınlıq gətirib.

Rəqqasə Fatimə Fətəliyeva müğənni Təranə Qumralıın onu məhkəməyə verməsi haqda mətbuatda yayılan məlumatlaranaydınlıq gətirib.

Rəqqasə bildirib ki, Qumral ilə aralarında baş vermiş anlaşılmazlığı artıq həll ediblər:

““Xəbərsiniz” verilişində qonaq olan zaman şou-biznes nümayəndələri haqda danışmışam. Lakin orada nə Təranə Qumralın, nə də Musa Musayevin adını çəkməmişəm. Ona görə də xanım ifaçının məni məhkəməyə verməyə haqqı yoxdur. Təranə ilə telefonla danışdıq, aramızda baş verən anlaşılmazlığı həll etdik. Təranə nə məni məhkəməyə verir, nə də 100 min manat təzminat istəyir. Mənim heç kimlə qalmaqal etmək fikrim yoxdur, öz sənətimlə məşğulam. Media nümayəndələrindən də xahiş edirəm ki, bu məsələ ilə bağlı nə məni nə də Təranə Qumralı narahat etsinlər. Bu məsələnin böyüməsini istəmirik”.

Qeyd edək ki, Təranə Qumral açıqlamasında rəqqasəni məhkəməyə verdiyini, şərəf və ləyaqətini alçaltdığına görə ondan üzr istəməsini və 100 min manat təzminat tələb edəcəyini bildirib.

qafqazinfo.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm