Aygün Kazımova keçmiş nişanlısına belə acıq verdi - Foto
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova keçmiş nişanlısına belə acıq verdi - Foto

Bir neçə gün içərisində nişanlanıb, daha sonra üzüyünü qaytaran Aygün Kazımova hər kəsi təəccübləndirməkdə davam edir.

Bir neçə gün içərisində nişanlanıb, daha sonra üzüyünü qaytaran Aygün Kazımova hər kəsi təəccübləndirməkdə davam edir.

Tabloid.az xəbər verir ki, xalq artisti Azərbaycan yığmasının müdafiəçisi olmuş, futbolçu Elşad Nəziri ilə foto çəkdirərək, “İnstagram” bloqunda paylaşıb.

Şəkildə xalq artisti futbolçu ilə qucaqlaşıb. Görünür sevilən sənətçimiz bununla keçmiş nişanlısı Fikrətə acıq vermək istəyib.

Yeri gəlmişkən, xatırladaq ki, Aygün Kazımova bir müddət öncə Fikrət adlı gənclə eşq yaşadığını bildirmişdi. Onlar İstanbulda tanış olmuşdu. Aygün iddia edirdi ki, onun pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib. Müğənni yeni “Mən sənə xəstəyəm” adlı mahnısını da sevdiyi şəxsə həsr etmişdi. Ötən həftəsonu isə Aygün Kazımova “İnstagram” bloqunda üzük paylaşaraq, Fikrətlə nişanlandıqlarını bildirmişdi. Növbəti gün isə nişanını qaytardığını bildirmişdi.

Fotonu oxuculara təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm