Tabloid.az
Türkiyənin əsrarəngiz səsli sənətçisi Bakıda konsert verib – Fotolar
Türkiyənin möhtəşəm və əsrarəngiz səsə malik sənətçisi Cem Adrian Bakıda ilk dəfə konsert verib.
Tabloid.az məlumat verir ki, “Şeker Prens ve Tuz Kral” adlı solo konsert paytaxtımızda yerləşən ticarət və əyləncə mərkəzlərindən birində olub.
İfaçı səhnəyə yarım saat gec gəlib. Cem səhnəyə çıxan kimi onu
dinləməyə gələnləri salamlayıb. O, Azərbaycanda ilk dəfə olmağından
məmnunluq duyduğunu deyib:
“Bu, mənim Azərbaycana ilk səfərimdir. Bizi çox yaxşı qarşıladınız.
Buna görə hamınıza minnətdaram”.
İki saata yaxın səhnədə qalan Cem Adrian repertuarında yer alan
“Her kes gider mi”, “Mutlu yıllar”, “Sen yağmurları sevdiğinde” və
digər sevilən mahnılarını ifa edib. O, həmçinin “Uzun incə bir
yoldayım” və “Dostum, dostum” adlı türküləri də oxuyub.
Onun hər mahnısı gur alqışlarla qarşılanıb. Cem hər ifasından sonra
onu alqışlayan izləyicilərinə “təşəkkür edirəm” deməyi də
unutmayıb.
Qeyd edək ki, “SOS Production” tərəfindən təşkil olunan konsertin
biletləri 30-70 manat arasında dəyişib.
Məlumat üçün bildirək ki, Cem Adrian 1980-ci il noyabrın 30-da
Ədirnədə doğulub. Əsl adı Cem Filizdir. Əslən bosniyalı, eləcə də
türkdür. Hələ orta məktəbdə oxuyarkən musiqi təhsili alıb. Elə ilk
səs yazısı da bu zaman işıq üzü görüb.
Bəstəkar, söz yazarı, prodüser və həm də rejissor kimi də fəaliyyət
göstərən Cem bassdan sopranaya qədər bütün səs temberlərində ifa
edə bilir. O, 7 oktavalıq səsinin yalnız 4.5-5 oktavasından
istifadə edə bilir. Onun səs telləri normal insanın səs tellərindən
üç dəfə uzundur.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası28 Mart 20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO