Emin Zülfiyyə Xanbabayeva ilə duet oxuyacaq - Video
Bizi izləyin

Tabloid.az

Emin Zülfiyyə Xanbabayeva ilə duet oxuyacaq - Video

Müğənni-bəstəkar Emin Ağalarov Bakıda verəcəyi yubiley konsertindən danışıb.

Müğənni-bəstəkar Emin Ağalarov Bakıda verəcəyi yubiley konsertindən danışıb.

Tabloid.az xəbər verir ki, müğənni “Baku Crystal Hall”da verəcəyi konsertində Azərbaycan dilində mahnı oxumağı da düşünür. İfaçı “10Lar” verilişinə açıqlamasında bildirib ki, silsilə xarakteri daşıyacaq yubiley konsertləri dekabrın 4-də Bakıda, 10 və 11-də isə Moskvada olacaq:

“Yubileylə bağlı ilk konsertə Bakıdan başlayacağıq. İstəyirəm ki, yeni mahnılarımı ilk dəfə Bakı tamaşaçıları eşitsin. Konsertdə Ani Lorakla, Stas Piyexa, Qriqori Leps, İrina Dupsova olacaq. Onlar mənimlə duet oxumaqla yanaşı, səhnədə doğum günümü də qeyd edəcəklər. Konsertdə Ani Lorak və Stas Piyexa ilə yeni duet oxuyacağam. İqor Krutoyla da duet hazırlayırıq”.

Söhbət zamanı E.Ağalarov xalq artisti Zülfiyyə Xanbabayeva ilə duet oxuyacağını deyib.

Müğənni onu da deyib ki, dekabrın 1-də növbəti albomu işıq üzü görəcək. İfaçı yeni albomu ilə qastrol səfərinə çıxmağı da düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm