Keyt Middleton körpəsini bu üsulla dünyaya gətirəcək
Bizi izləyin

Tabloid.az

Keyt Middleton körpəsini bu üsulla dünyaya gətirəcək

“HypnoBirthing” üsulu doğuş zamanı ananın qorxulardan xilas olaraq, daha az ağrı hiss etməsinə səbəb olur

Kembric hersoginiyası Keyt Middleton ilk övladı şahzadə Corcu “HypnoBirthing” üsulu ilə dünyaya gətirmişdi. Hazırda hamilə olan hersoginiyanın ikinci övladını da bu üsulla dünyaya gətirəcəyi söylənilir.

“HypnoBirthing” üsulu doğuş zamanı ananın qorxulardan xilas olaraq, daha az ağrı hiss etməsinə səbəb olur. Bunun üçün ananın yanında doğuş terapevti olur və məsləhətləri ilə onu sakitləşdirir.

“Hypnobirthing” üsulu haqqında məlumat verən türkiyəli psixoloq Sibel Deniz Toledo doğuş terapevtinin qadının hamilə olduğu 9 ay ərzində onunla işləməli olduğunu deyir:

“Doğuş terapevti hamiləlik dövründə ana ilə işləməldiir. Həkim hamilə qadından qorxu, qayğı, keçmişdə uşaq salma kimi hadisələrdən aldığı travmanı aradan qaldırmalı, neqativ düşüncələr və hissləri ondan uzaqlaşdırmalıdır. Körpə dünyaya gəldikdən sonra da bir neçə ay doğuş terapevti ilə görüşüb həm körpənin, həm ananın psixologiyası üçün ən doğru qərarlar alınmalıdır”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm