Tənbəl xanımlar üçün ən bəsit və sürətli arıqlama metodları
Bizi izləyin

Tabloid.az

Tənbəl xanımlar üçün ən bəsit və sürətli arıqlama metodları

Tənbəl xanımlar üçün ən bəsit və sürətli arıqlama metodları

Çəki atmaq prosesi intizam və iradə istəyir. Vaxtınızı qaçış lentində keçirməyə, istehlak etdiyiniz kalori miqdarını saymağa dözümünüz yoxdursa, bu sadə üsulları təcrübədən keçirməkdə fayda var.

Tabloid.az işdə, idman salonuna getmədən və ciddi pəhriz saxlamadan arıqlamağın 10 ağıllı və əlverişli yollarını təqdim edir:

1. Yeməklərdən əvvəl hər zaman bir stəkan su için. Bu, orqanizmin susuz qalmasını qarşısını aldığı kimi tox qalmağınıza və bunun sayəsində həddindən artıq yeməkdən çəkinməyinizi təmin edir.

477606763

2.Hər yemək vaxtı sadə yer dəyişiklikləri edin. Necə? Hazır ağır salat sosları istifadə etmək əvəzinə salatı sirkəli sousla hazırlayın. Bu, sizin hər günorta yeməyində 80 kalori artıq almağınıza mane olur. Eyni şəkildə, qurudulmuş meyvələrdən daha çox təzə meyvə yemək də daha az kalori almağınızı təmin edir.

100615183

3.Şirniyyat əvəzi bir parça qara və tünd şokolad yeyin. Kökələr və kremli tortlardansa, şirin ehtiyacınızı piletka şokolad ilə aradan qaldırmağa çalışın. Beləliklə də daha çox kalori almadan sağlam həyat tərzi yaşamış olarsınız.

478200331

4.Payınızı və porsiyaları nəzarət altında saxlayın. Arıqlamaq istəyirsinizsə, hər porsiyada istehlak etdiyiniz yeməyin miqdarı əhəmiyyətlidir. Kiçik boşqabda yemək yeməyə üstünlük verin. Beləcə, az yeməklə qabın dolduğunu görüb qane olma hissini yaşayacaqsınız.

180404166

5.Daha çox hərəkət edin. Vaxtınızı idman zalına getməyə ayırmırsınızsa, gün ərzində daha hərəkətli olmaq üçün səy etməyiniz lazımdır. İşə piyada getmək, gedəcəyiniz yerə avtobusdan daha tez enib, ya da avtomobili uzağa park edib yerimək, lift yerinə pilləkənlərə qalxmaq kalori yandırmağın ən sadə yollarıdır.

467807943

6.Kalori içməyin. İçdiklərinizlə aldığınız artıq kalorini hiss etməsəniz belə, diqqətli olun. Sonra "Mən niyə kökəlirəm" deyə soruşur, səbəbini tapa bilmirsiniz. Kola, meyvə suyu, şərab kimi içkilərlə artıqdan kalori almağa son verin. Bunların yerinə bol-bol su için. Suya ləzzət qatmaq üçün də içinə xiyar, limon və ya nanə atın.

468014437

7.Uzun müddət ac qalmayın. Bir az aclıq hiss etməyin zərəri yoxdur, amma bütün gün özünüzü ac qoyub gecə mədəni ağır xörəklərlə yükləmək sağlam və məntiqli hərəkət deyil. Bu, əksinə artıq çəkidən qurtulmağınıza mane olur. Həddindən artıq yemə ehtiyacı hiss etməyin, qan şəkərinin aşağı düşməsinə imkan verməyin, yemək vaxtını heç bir halda qaçırtmayın.

467759977

8.Atışdırmaq üçün yüksək zülal və bol lif tərkibli qidalara üstünlük verin. Yüksək kalori ehtiva edən çips, biskvitlər yerinə zülal və lif baxımından zəngin olan və bu sayədə sizi tox tutan qidalara yönəlin. Qatıq, yağsız partlamış qarğıdalı, kətan toxumu, tam taxıllı çörək kimi variantları sınayın.

487827403

9.Erkən saatda və yüngül şam yeməyi yeyin. Axşam yeməyi, gündəlik alacağınız ümumi kalorinin 25 faizini təşkil etməlidir. Günün son yemək vaxtını yatmazdan ən azı iki, ya da üç saat əvvəl bitirmiş olmalısınız. Gec saatlarda çox yemək, həzm və yuxu problemlərinə yol açır.

484269005

10.Daha çox yatın. Az yatmaq, gün boyu daha çox yeməyə səbəb olur və enerjinizin azalmasına yol açır. Hər gecə yeddi-doqquz saat yatmağa çalışın. Yatarkən kalori yandırdığınızı bilirdinizmi? Yuxu zamanı böyümə hormonu ifraz olunur və bu hormon metabolizmi işlədir. Gec saatda yemək yeməyərək, ac qarnına yatmaq bu hormonun daha çox ifraz olunmasına və metabolizmin daha sürətli işləməsinə səbəb olur.

80719010

Oxumağa davam et
Reklam
Reklam

Gündəm