Kişiləri intihar həddinə çatdıran 5 məşum qadının həyatı
Bizi izləyin

Tabloid.az

Kişiləri intihar həddinə çatdıran 5 məşum qadının həyatı

Tarixdə təkcə gözəlliyi ilə deyil, həm də məşumluğu, yəni uğursuz, nəhs, dəhşət hissi oyadan taleləri ilə yadda qalan qadınlar izlərini qoyublar.

Tarixdə təkcə gözəlliyi ilə deyil, həm də məşumluğu, yəni uğursuz, nəhs, dəhşət hissi oyadan taleləri ilə yadda qalan qadınlar izlərini qoyublar. Bu qadınlardan bəziləri kişiləri intihar həddinə çatdıraraq onların ölümünə səbəb olublar.

Tabloid.az kişiləri intihar həddinə çatdıran 5 məşum qadının həyatı haqqında maraqlı məlumatı təqdim edir:

1917-ci ilin 5 oktyabrında tarixin ən parlaq gözəllərindən biri, kişiləri yoldan çıxaran dilbər Mata Hari edam edilib. O, təkcə hind rəqslərinin peşəkar ifaçısı kimi məşhurlaşmamışdı, həmçinin Avropada ən bahalı kurtizankalardan biri idi. Bütün kişilər onun ayaqlarına zinət əşyaları, pul atırdılar, titullarını və həyatlarını ona qurban verirdilər.

Bu hiyləgər qadının məşhurluğunun arxasında həm də onun məşumluğu dayanır. Belə ki, Parisin ən gözəl xanımlarından biri olan Mata sözün əsl mənasında kişiləri dəli edirdi, onun sevgi və nəvazişini görmək üçün kişilər külli miqdarda pulundan vaz keçirdirlər.

Onun müştəriləri arasında nüfuzlu insanlar çox idi. O müştərilərindən dövlət sirri də daxil olmaqla, hökumətin məxfi planları haqqında da mühüm məlumatları öyrənməyə çalışırdı. Hətta bu məşum qadının ölümündən sonra onun haqqında filmlər çəkirlər. Biz də gözəl və tarixin ən məşum qadınını xatırladıq.

Tarixin ikinci məşum qadını Kleopatradır. Bu böyük qadın nəinki öz iradəsinin gücü ilə, həm də əks cinsin nümayəndələrini yola gətirmək qabiliyyəti ilə məşhur olub, onun haqqında əfsanələr gəzirdi. Ona görə gözəl qarasaç çariçanı Misirdə ilahəyə bərabər tuturdular.

Buna baxmayaraq, Kleopatranı gözəl hesab etmək olmaz. Onun üz cizgiləri idealdan uzaq idi. Lakin o, öz iradəsi ilə kişinin ağlını idarə edirdi, ona özünə tabe edirdi. Tarixçilərin sözlərinə görə, bu qadın sevgi maqnetizminə və kişini məftun etmək bacarığına sahib idi.

O, məharətlə öz cazibəsini istifadə edirdi və qarşısına qoyduğu məqsədinə nail olurdu. Belə ki, Kleopatra Misir taxtında əyləşmək üçün diktator Yuli Sezarı başdan çıxarıb, Roma taxt-tacının vəliəhdi Mark Antonini məftun edib, ən başlıcası isə Misir tarixinin inkişafına öz töhfəsini vermişdir.

Tarixin üçüncü məşum qadını məşhur filosof, yazıçı və həkimi-psixoterapevt Luiza Qustavno Salome idi. Bu qadın yaradıcı şəxsiyyətlərin - Freydin, Nitşenin, Rilkenin və digərlərinin həyatından izsiz keçməyib. Bütün kişilər intellektual söhbətlər ilə onları maraqlandıran bu nazlı xanıma aşiq idilər. Onunla sevgi və yataqlarını bölüşən kişilər məşuqələrini Luiza və ya Lu adlandırırdılar. O, kişilərin diqqətini öz sehrli üsulları ilə necə, nə vaxt və hansı yollarla cəlb edəcəyini bilirdi.

Lu zəngin kişilərlə ünsiyyətə üstünlük verirdi, buna görə də çoxlu məşuqları və nüfuzlu havadarları var idi. O, özü lazımsız kişiləri atırdı, məftun etməklə bağlı eksperimentlər həyata keçirirdi.

Luiza gözəl həyat yaşayırdı və özünə heç nədə korluq vermirdi. Baxmayaraq ki, zahiri görünüşü ilə öyünə bilməzdi.

Tarixin dördüncü məşum qadını statusu Mariya Tarnovskayaya məxsusdur. Bu Ukrayna qrafinyası 1877-cü ildən 1949-ci ilədək yaşayıb. O, 17 yaşında varlı və həsəd aparılan bir kişi ilə ailə qurub. Ərinin kiçik qardaşını yoldan çıxardıb. Onunla bir az oynadıqdan sonra onu atıb. Oğlan bədbəxt məhəbbətin ağrısına dözməyib intihar edib.

Onun cinsi partnyorları həyat yoldaşlarını atırdılar, onu pula qərq edirdilər. Belə qızğın rəqabətə dözməyənlər özlərini asırdılar, intihar edirdilər. Çoxlu ölüm halları olduğuna görə ona qarşı məhkəmə işi açılmışdı. Mariya 14 nəfəri ölüm həddinə çatdırmaqda günahlandırıldı.

Uzun sürən məhkəmə prosesinin sonunda 5 il müddətinə həbs cəzasına məhkum edildi.

Beşliyi ən məşhur qadınlardan biri mavi mələk ləqəbli Marlen Ditrix bağlayır. Bu müğənni və aktrisa öz dəqiq hesablaması sayəsində asanlıqla öz rəqiblərini keçdi, məşhur prodüser Rudolf Zibere ərə çıxdı. Lakin buna baxmayaraq, o, heç vaxt başqa kişilərə baxmaqdan imtina etmirdi. Halbuki ərini "çox sevirdi". Onun Jan Qabenle, Ernest Heminquyenlə, Remarkla məhəbbət macəraları, ehtiraslı münasibətləri olub. O, digər tanınmış şəxsiyyətlərin də qəlbini sındırıb.

Məşum və gözəl qadın hətta ona göndərilən məktub və üzüklərin kolleksiyasını toplayırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm