Mətanət Əsədova Tolikin cavabını verdi
Bizi izləyin

Tabloid.az

Mətanət Əsədova Tolikin cavabını verdi

Müğənni Mətanət Əsədova prodüser Tolikin (Tarix Əliyev) ATV-nin efirində yayımlanan “Kimdir nömrə 1” yarışmasında onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Müğənni Mətanət Əsədova prodüser Tolikin (Tarix Əliyev) ATV-nin efirində yayımlanan “Kimdir nömrə 1” yarışmasında onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sənətçi açıqlamasında Tolikin dediklərinin yanlış olduğunu bildirib:

“Mən elə söz deməmişəm, fikirlərim təhrif olunur. Mənim indi imtahan verən vaxtım deyil, jüridə oturub kimlərəsə qulaq asıb onların səsinə qiymət verən vaxtımdır. Uşaq deyiləm ki… Mənim o vaxtlarım keçib. Tanınmış olmasaydım və jüridə Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov kimi sənətkarlar otursaydı, gəlib orada imtahan verərdim. Mən imtahanı vaxtında öz müəllimim Alim Qasımova vermişəm”.

M.Əsədova əməkdaşımızın “əgər söhbət populyarlıqdan gedirsə, həmin layihədə də yetərincə populyar insanlar var” fikrinə belə münasibət bildirib:

“Orada tanınmış müğənnilər ola bilər. Amma mən sənətkardan danışıram. Mən sənətkaram, siz bunu bilmirsiniz? Bunu bilmirsiniz ki, sual verirsiniz? Hamı bilir ki, mən sənətkaram. Dediklərimi də olduğu kimi yazmağınızı xahiş edirəm”.

Qeyd edək ki, ötən gün başlayan “Kimdir nömrə 1” yarışmasının münsiflərindən olan prodüser Tolik layihəyə qoşulmaqdan imtina edən sənətçilərin adlarını açıqlamışdı. Onların arasında Mətanət Əsədovanın da adı vardı:

“Bir neçə müğənni var ki, biz onları yarışmaya dəvət etdik, amma qarşımızda elə şərtlər qoydular ki… Biri elə Mətanət Əsədova, gözəl səsi var, hətta onu Moskva toylarına aparmaq üçün mənə müraciətlər edirlər. Amma Mətanət elə qiymət deyir ki, toy yiyəsi o pulu tapmır. Sözüm onda yox. Amma Mətanətin də bir balaca reklama ehtiyacı var. Biz onu yarışmaya dəvət edəndə o, qarşımıza şərt qoydu ki, mən yalnız Alim Qasımovla yarışaram”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm