Tabloid.az
Şiddətli miqren ağrılarının çarəsi bu qidalardadır
Baş ağrısı, başgicəllənmə, qulaq guruldaması, halsızlıq, yorğunluq kimi insanın həyat keyfiyyətini pozan miqrendən düzgün qidalanma nəticəsində xilas olmaq mümkündür.
Miqren ağrısı çəkənlər şiddətli ağrını yüngülləşdirmək üçün aldıqları hər cür tövsiyəni düşünmədən yerinə yetirəcək qədər çarəsiz vəziyyətdə qalırlar. Miqren ağrısını gün boyu çəkmək, bəzən ağrıyla oyanmaq həyat keyfiyyətini aşağı salan və böyük ölçüdə azaldan bir haldır. Həkiminiz sizə miqren ağrılarını yüngülləşdirmək üçün bəzi dərmanlar vermiş ola bilər. Bu dərmanlara əlavə olaraq ağrılara təkan verən ərzaqlardan uzaq duraraq və ağrıları yumşaldıcı xüsusiyyəti olan ərzaqları daha tez-tez istehlak edərək miqren ağrılarını daha da azaltmaq öz əlinizdədir.
Miqreni azaldan yeməklərə keçməzdən əvvəl bir az suyun əhəmiyyətindən bəhs edək. Bədənin susuz qalması miqren ağrılarına təkan verir və kifayət miqdarda su sərf etmədiyiniz zaman daha çox ağrıya məruz qala bilərsiniz. Bu səbəbdən gün ərzində bol-bol su için. Meyvə suyu, qəhvə, çay, soda kimi içkilərdən bəhs etmirəm. Sadəcə olaraq H20 istehlak edin. Bundan başqa, bəzən kəskin miqren ağrıları qusmaqla birlikdə çox daha çox su itirməyinizə səbəb ola bilər. Bu suyu təkrar yerinə qoymalısınız.
Bəzi ədviyyatların miqren ağrılarını yüngülləşməsinə inanılır və ənənəvi olaraq xalq arasında şiddətli baş ağrıları üçün acı istiot, zəncəfil kimi ədviyyatlar təklif edilir. Lakin həddindən artıq ədviyyat istifadə etmək digər problemlərə yol aça bilər. Zəncəfili çay formasında, acı bibəri isə xörəklərlə birlikdə istehlak edə bilərsiniz.
Miqrenə yaxşı təsir edən yeməklər siyahısında maqnezium və kalsium baxımından zəngin qidalar yer alır. Bu səbəblə bol-bol tünd yaşıl yarpaqlı tərəvəzlər istehlak edərək (gül kələmi, ispanaq, kələm) bu mineralları qəbul etməlisiniz. Yulaf əzməsi, soya məhsulları, buğda toxumu, sarımsaq və dəniz məhsulları kimi maqnezium baxımından zəngin qidaları qidalanma rejiminiz əlavə edin.
Serotonin hormonun aşağı səviyyədə olması da miqren ağrıları və müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Yaxşı serotonin mənbəyi olan qoz, badam, küncüt, balqabaq tumu, kəpəkli taxıllar, düyü və süd məhsullarını nizamlı olaraq istehlak edərək serotonin səviyyəsini qoruya bilərsiniz.
Omeqa 3 yağ turşuları sinirləri qoruyur və miqren əlaqəli enflamasion ilə mübarizə aparır. Omeqa 3-ü alabalıq, ton balığı və skumbriya kimi yağlı balıqlardan ala, ya da omeqa 3 tərkibli qidalardan əldə etmək olar.
Miqren ağrılarının şiddətlənməsinə səbəb olan qidalar
Aşağıdakı içki və yeməklər mütəxəssislər tərəfindən miqren ağrılarına təkan verən və şiddətini artıran qidalar olaraq müəyyənləşdirilib.
Spirt (Qırmızı şərab və pivə başda olmaq üzrə)
Qazlı içkilər
Qəhvə, çay
Şokolad
Konservi halında ətlər
Hazır satılan qidalar
Köhnə və hisə verilmiş pendirlər
Kimyəvi maddə tərkibli qidalar
Süni dadvericilər
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Hadisə09:33
Sumqayıtda PARTLAYIŞ oldu: 3 nəfər... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO