Nikol Şerzinger: “Bu meyvəni ancaq Azərbaycanda yedim” - Foto
Bizi izləyin

Tabloid.az

Nikol Şerzinger: “Bu meyvəni ancaq Azərbaycanda yedim” - Foto

Ötən həftə sonunun ən çox müzakirə edilən mövzusu paytaxtda keçirilən “Adrenalin” festivalı olub.

Ötən həftə sonunun ən çox müzakirə edilən mövzusu paytaxtda keçirilən “Adrenalin” festivalı olub.

Tabloid.az xəbər verir ki, festival çərçivəsində Bakıya dünya ulduzları Nikol Şerzinger, “Black Eyed Peas”in solistləri Apl.de.Ap, Will.I.Am, həmçinin “LMFAO” qrupunun üzvü Redfoo çıxış ediblər.

Ulduzlar Bakıya bir gün əvvəldən gəliblər. Gecə klublarında əylənməyi də unutmayıblar. Dünyanın ən seksual müğənnilərindən hesab olunan Nikol Şerzingerin azərbaycanlı stilist Anar Ağakişiyevlə fotoları isə konsertdən öncə sosial şəbəkələri bəzəyib. Məlum olub ki, konsertdə Nikolun səhnə makiyajını Anar edib.

A.Ağakişiyev bildirib ki, dünya ulduzunun makiyajı ilə o, saç düzümü ilə Fazilə Rəcəbova məşğul olub:

“Nikol kaprizli deyil. Sadəcə, tələbkardır. Bizdən nə istədiyini bildirdi. Dedi ki, səhnədə çox hərəkətdə olacaq. Bunun üçün də saçlarının uzun müddət düz qalmasını istəyir. Həmçinin üzündəki makiyaj uzun müddət axmasın, pozulmasın. Biz çox xoşbəxt olduq ki, dünya səviyyəli ulduz işimizdən razı qaldı. Çox şad olduq ki, “İnstagram” üçün şəkil çəkdirəndə o, bizimlə qucaqlaşdı. Hətta onunla söhbətimizdə Fazilə ilə mən ona “Salam Azərbaycan” deməyi öyrətdik.

Nikol bizimlə vidalaşanda dedi ki, feyxoanın dadına heyran qalıb və o,indiyədək belə dadlı meyvə yeməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm