Səfir Oksanaya “Rəqs ilahəsi”ni təqdim etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Səfir Oksanaya “Rəqs ilahəsi”ni təqdim etdi - Fotolar

Hindistanın istedad müsabiqəsinin – “İndia's Best Cine Stars Ki Khoj” qalibi Oksana Rəsulova Bakıda baş tutan Divali bayramının fəxri qonağı olub.

Hindistanın istedad müsabiqəsinin – “İndia's Best Cine Stars Ki Khoj” qalibi Oksana Rəsulova Bakıda baş tutan Divali bayramının fəxri qonağı olub.

Tabloid.az xəbər verir ki, tədbir çərçivəsində hind milli rəqslərindən və mahnılarından ibarət proqram təqdim olunub. Oksana Rəsulova mərasimdə öz tələbələri ilə iştirak edib.

Tədbirdə Oksanın Hindistandakı möhtəşəm qələbəsinə həsr olunmuş video çarx təqdim olunub.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Oksananı təbrik edərək ona “Rəqs ilahəsi” olan heykəlciyini təqdim edib. Səfirin sözlərinə görə, Oksanın bu yarışdakı qələbəsi bütün Azərbaycanın qələbəsidir.

Qeyd edək ki tədbir səfirliyin nəzdində olan Hindistanın Azərbaycan assosiasiyası tərəfindən təşkil edilib. Oksana bu assosiasiyanın fəxri üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm