Ulviranın sifətini göyərdən tapıldı - Fotolar
Bizi izləyin

Tabloid.az

Ulviranın sifətini göyərdən tapıldı - Fotolar

Ötən gün yerli media ANS telekanalının məşhur siması Ulvira Qarayevanın sifətinin göyərdilmiş şəkli ilə bomba kimi partladı.

Ötən gün yerli media ANS telekanalının məşhur siması Ulvira Qarayevanın sifətinin göyərdilmiş şəkli ilə bomba kimi partladı. Jurnalist həmkarlarım Ulviranın üzünün göyərdildiyini “İnstagram” səhifəsində paylaşılan şəkildən xəbərə çevirsələr də, xəbəri tamamlamağı və kiçik araşdırma aparmaq üçün səhlənkarlıq ediblər. Bu səbəbdən xəbər mənə də maraqlı gəldi. Axı Ulvira Qarayevanın üzünü kim göyərdib? Yəni bu qədər vacibdir göyərmiş sifətlə veriliş aparmaq?

Sən demə, məşhur aparıcı Azərbaycanda, xüsusilə, bölgələrdə aktual olan qadın zorakılığı mövzusunu qabartmaq və məsələyə diqqət çəkmək üçün həm öz, həm də verilişə gələn qonaqların üzünü peşəkar qrim vasitələri ilə zorakılığa məruz qalmış formada çəkiliş meydançasına dəvət edib. “Evdəyik” verilişinin qonaqları qismində isə müğənni Şölə Səfərəliyeva, model və aktrisa Minarə Allahverdiyeva, tələbə Aynur Əliyeva və psixoloq İbrahim İbrahimov olublar. Xanım qonaqlar və aparıcı da daxil olmaqla qarşıdakı həftə efirə gedəcək verilişdə məhz bu formada efirdə olacaqlar.

Qeyd edək ki, "Qadınlara qarşı şiddətə yox!" layihəsinin rəhbəri Şəfiqə Fərzəliyevadır.

Ölkədə məsələnin aktuallığından danışarkən isə sadəcə statistikaya göz gəzdirmək kifayət edir. 2010-ci ildə ölkə ərazisində 173 qadın ailədaxili zorakılığa məruz qalıb ki, onlardan 109-u dünyasını dəyişib, 68 qadın isə ağır bədən xəsarəti alıb. 2011-ci ildə ölkədə məişət zorakılığı zəminində 1782 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 128-də qadın intihar edib. İllər keçdikcə təəssüflə qeyd etmək lazımdır ki, statistikada sıçrayış baş verir. 2013-cü ildə isə məişət zorakılığına məruz qalan qadınların sayı 3200-ü ötüb. 2014-cü ilin ilk rübü isə zorakılığa məruz qalan qadınların sayı pik həddə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm