Geniş alnı kiçik göstərən saç stilləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Geniş alnı kiçik göstərən saç stilləri - Fotolar

Geniş alnı kiçik göstərən saç stilləri

Alnınızın böyüklüyündən şikayət edirsinizsə, seçdiyiniz saç modelinə diqqət etməlisiniz. Tabloid.az geniş alınlı xanımlara uyğun olan saç modelləri toplayıb. Geniş alnı gizlətmək əslində asanlıqla həll ediləcək məsələdir.

Üz formasına görə saç modeli müəyyən etmək gözəl görünmək üçün çox əhəmiyyətlidir. Doğru saç modeli üzü daha oval göstərib nəzərləri alnınızdan uzaqlaşdırır. Geniş alınlı xanımların saç modellərində ən diqqət edilməli detal alnı xəfifcə bağlayacaq saç stilini müəyyən etməkdir.

Qısa saç modelinə üstünlük vermisinizsə, alnı açıqda buraxmayan saç modeli seçmək sizin xeyrinizə olacaq. Ancaq istənilən şəkli tutmaq üçün saçınızın orta uzunluqda olması ən ideal olanıdır. Saçları sıx toplayıb alnı üzə çıxarmaq uzaq durmağınız lazım olan saç stillərindəndir.

Saçlarınızı yan tərəfdən ayıraraq üzünüzün daha girdə və alnınızın daha mütənasib görünməsini təmin edə bilərsiniz.

Kəkil kəsdirərək alnınızın genişliyini tarazlaya və üzünüzü çərçivəyə sala bilərsiniz.

Fərqli saç aksessuarları istifadə edərək geniş alnı üzdə daha mütənasib göstərə və böyük görünməsinə mane ola bilərsiniz.

Saçlarınızı üzünüzün orta səviyyəsində kəsdirərək qabaq tərəfdə yüngül qat verdikdə alın genişliyini mükəmməl şəkildə gizlədə bilərsiniz. Saçlarınıza verdiyiniz fərqli modellərlə diqqəti saçlarınıza çəkə və alınızın böyüklüyünü gizlətmək öz əlinizdədir.

Saçlarınızı çiyin səviyyəsində kəsdirərək və ön tərəflərinə yanağınıza qədər qat vermək alnınızın genişliyini bağlamaq üçün ideal variantdır.

Seçdiyimiz saç modelləri alının genişliyindən şikayət edənləri bu dərddən xilas edəcək. Həmçinin üzünüzün daha mütənasib dayanmasını təmin edəcək və sizi mükəmməl göstərəcək saç modellərindən ilham almaq üçün aşağıdakı modellərə baxmağı unutmayın. Gözəl üz cizgiləri və doğru saç modelləri ilə geniş alnı gizlətməyi bacaran məşhurların saç stillərindən ilham ala bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm